104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən deputatlığa namizəd Arzu Nağıyevin seçicilərlə görüşləri davam edir. Reportyor.info-ya verilən xəbərə görə, A.Nağıyev Gədəbəyin İnəkboğan kəndində keçirdiyi görüşlərdə seçicilər tərəfindən böyük hörmətlə qarşılanıb və ona dəstək ifadə olunub.
Hər bir seçicilərini fərdi şəkildə dinləyən deputatlığa namizəd onların problemləri barədə qeydlər götürüb.