104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən deputatlığa bitərəf namizəd, politoloq Arzu Nağıyevin seçiciləri ilə görüşləri intensiv xarakter alıb.
Reportyor.info-nun xəbərinə görə, A.Nağıyev Gədəbəyin Böyük Qaramurad, Ataxal və Qaraməmmədli kəndlərində olub.
Deputatlığa namizəd seçicilərin problemləri ilə maraqlanıb, onların fikirlərini öyrənib, hər üç kəndin camaatını narahat edən məsələlərlə tanış olub.
A.Nağıyev seçicilərə bildirib ki, bu məsələlər müvafiq qurumlar qarşısında qaldırılacaq. Seçicilər ona dəstəyini bəyan ediblər, seçkilərdə uğurlar arzulayıblar.