Azərbaycanda seçkilərdə səs vermək seçicilərin sərbəst və azad hüququ olsa da, bəzi dairələrdə əhali yerli icra hakimiyyətləri tərəfindən müəyyən namizədlərin xeyrinə səs verməyə məcbur edilir.İcra Hakimiyyəti tərəfindən səsverməyə məcbur edilən dairələrdən biri də 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsidir.
Bu iddiayla Qubadlı rayonunu Qaralar kənd sakini Sərməsov Qədri Bəhlul oğlu Media tv-yə danışarkən bildirib.Sərməsov Qədrinin sözlərinə görə onları 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsindən YAP-ın namizədi İmamverdi İsmayılova səs verməyə Qubadlı rayon İcra Hakimiyyəti məcbur edir.
Sərməsov Qədri indiyədək deputat İmamverdi İsmayılovun üzünü görmədiyini bildirir.Sosial vəziyyətinin acınacaqlı durumda olduğunu söyləyən Q. Sərməsov nə işinin, nə də evinin olmadığını bildirir.
Q. Sərməsovun Media.tv-yə verdiyi açıqlamanı təqdim edirik:https://youtu.be/6yXokkYVWCcBu arada redaksiyamıza daxil olan məlumata görə, dünən Sumqayıt şəhəri 11 mikrorayonda fəaliyyət göstərən Q. İlyasov adına 1 nömrəli Qubadlı şəhər tam orta məktəbin müəlimlərinə valideynləri məcburi şəkildə seçkiyə gətirib, İmamverdi İsmayılova səs verməklə bağlı tapşırıq verilib. Belə ki, Qubadlı İcra Hakimiyyətinin adamları məktəbə gələrək müəllimlərin (təqribən 30 müəllim - red.) hər birinə məcburi şəkildə 50 blank verilərək 9 fevralda səsverməyə gələcək valideynlərin siyahısını tərtib etməyi və onların seçki günü məntəqələrə gələrək səsvermədə iştirakını təmin etmək tapşırılıb. Məlumata görə, indidən sözügedən məktəbdə başlanan seçki saxtakarlığına etiraz edən müəllimlərdən birinə isə icra hakimiyyətinin işçiləri təzyiqlər ediblər və onu işdən çıxaracaqları ilə hədələyiblər.
Göründüyü kimi, İmamverdi İsmayılovun yenidən deputat olması üçün icra hakimiyyəti bütün inzabti resurslarını seçkinin kütləvi saxtalaşdırılmasına cəlb edib. Amma ölkədə azad və ədalətli seçki prosesinin gözdən salınmasına xidmət edən bu saxtalaşdırılma prosesinə müəllimlərin zorla cəlb olunması çox üzücüdür. Ümid edək ki, Təhsil Nazirliyi başda olmaqla müvafiq dövlət qurumları icra hakimiyyətinin seçki prosesinə müdaxilə olunmasına və müəllimlərin seçki saxtakarlığına məcburi cəlb edilməsinə biganə qalmayacaq. 1 saylı Qubadlı orta məktəbindəki vəziyyət nəzarətə götürüləcək.Məlumata görə, icra strukturları yanvarın 17-dən başlayaraq İmamverdi İsmayılovun təbliğatına cəlb olunub. Qubadlı və zəngilanlılar isə İmamverdi İsmayılovun onları parlamentdə formal olaraq təmsil etdiklərini deyirlər. İmamverdi İsmayılovun deputat olduğu müddətdə seçicilərin problemlərini həlli istiqamətində heç bir iş görmədiyini bildirirlər. Ona görə də seçicilər icra hakimiyyətinin onlara "müqəddəs İkona" kimi təqdim etdikləri İmamverdi İsmayılovun yenidən deputat olmasına qarşıdırlar...
[media=//www.youtube.com/watch?v=6yXokkYVWCc]
Mövsümov Mövsüm