”Rauf Arifoğlunun seçki fiaskosunun gizlinləri: əsəb səhvlər doğurur...Fevralın 9-da xalq səsverməsi ilə başa çatacaq parlament seçkiləri kampaniyasının ən söz-söhbətli, qalmaqallı dairəsi, demək olar ki, artıq məlumdur. Sözsüz ki, sonrakı mərhələlərdə başqa seçki dairələrində də eskalasiya arta, müxtəlif namizədlər arasında münasibətlər və mübarizə gərginləşə bilər, ancaq heç şübhəsiz ki, 35 saylı Xətai üçüncü seçki dairəsi bu baxımdan xüsusilə fərqlənəcək. O səbəbdən ki, bu dairədə mandat uğrunda mübarizəyə qoşulmuş əsas rəqiblər keçmiş dostlardır və onlar arasında ilk toqquşma hələ “start xəttinə” yaxınlaşmamış – seçki sənədləri DSK-ya tədim olunan gün qeydə alınmışdı.Rauf Arifoğlu və İqbal Ağazadə vaxtilə eyni seçki blokunun rəhbərlərindən olublar və bu uğurda həbsxana həyatı yaşayıblar, kampaniyanın başlanğıcında onların arasında “atəşkəs sazişi” əldə etmiş Pənah Hüseynlə birlikdə. Düzdür, istintaqda bəzi xoşagəlməz məqamlar da olub, lakin sonradan yoldaşlar bu fraqmentin üstündən keçərək, onu “obyektiv səbəblər”in üstünə yıxa biliblər. Hətta həbsdən çıxandan sonra, kənardan müşahidə olunduğu, mediadan göründüyü epizodlara görə mühakimə yürüdəsi olsaq, deyə bilərik ki, bu ikilinin arasında dostluq münasibəti hökm sürüb. Hətta seçki qarşıdurmasının ilk vaxtlarında İqbal Ağazadə Rauf Arifoğlunun namizədliyinə münasibət bldirərkən də bu dostluğun işartıları hiss olunurdu. Yalnız R.Arifoğlunun “bu dairədən mənim dostumun namizədliyi yoxdur” açıqlamasından sonra hər kəsə bir zamanların iki məhbəs yoldaşı arasında soyuq küləklər əsdiyi bəlli oldu. Həmin küləklər artıq qasırğaya çevrilib və bütün körpüləri məhv edib. İndi artıq ortada nə keçmişin romantikası, nə də münasibət var. İqbal Ağazadə üçün Rauf adı , 35 saylı Xətai üçüncü seçki dairəsində namizədliyi qeydə alınan 3 şəxsin adı anlamındadır. Rauf Arifoğlu isə öncədən təxmin etmədiyi situasiya qarşısındadır. Çoxları onun bu dairədən namizədliyini verməsini “yuxarılar”ın göstərişi hesab edir və seçki prosesində bunun izlərini görəcəyini düşünürdü. Bu, o, demək idi ki, Arifoğlu bu dəfə seçki kampaniyasında hər hansı bir maneə ilə üzləşməyəcək. Namizədliyi irəli sürüldükdən bəri onun və rəhbərlik etdiyi komandanın hay-küylü, qızğın seçki kampaniyası aparması, bu zaman hər hansı bir administrativ maneədən şikayət etməməsi “saray dairələrində” Arifoğlunun mandat qazanmasının sanksiyalaşdırıldığı şayiələrinə əsas verə bilərdi. Amma... Elədirsə, onun bu qədər ciddi-cəhdlə kampaniya aparmasının səbəbi nədir? Bir halda ki, administrativ resurslar bu dəfə ondan yana olacaq, onda R.Arifoğlu niyə bu qədər xərc və zəhmət çəkir? Əvvəla R.Arifoğlu bu dairə heç təxmin etmədiyi bir durumla üzləşdi. Məlum oldu ki, burda seçicilərə ət paylayan namizədə belə əti alıb “biz İqbal Ağazadəyə səs verəcəyik” mesajını açıq verən seçici ordusu var. Həmin seçici ordusu isə baş redaktora xoşagəlməz sürprizlər yaşadır. Bu gün hər iki tərəf məhəllə görüşlərindən reportajlarda foto və video kadrlar dərc etdirir. Bu kadrlar seçicinin rəğbətini açıq göstərir. Digər bir tərəfdən Rauf Arifoğlu üçün seçki piarı hazırlayanlar, onun seçki qərargahı sayı 30-40 nəfəri aşmayan görüşlərdə səsgücləndiricidən istifadə etməklə media qəhrəmanının imicnə mənfi zərbə vururlar. Axı Rauf bəy öz redaksiyasında sayca bundan daha çox sayda əməkdaşla hər gün planlaşdırma keçirib fifrin çatdıran şəxsdir. Onun natiqlik qabiliyyəti və diksiyası bu görüşləri səsgücləndiricisiz də keçirməyə imkan verir. Yeri gəlmişkən, digər bir qüsur: ölkə üzrə demək olar ki, yeganə seçki görüşləridir ki, namizədin şəkli olan plakatlar qaldıılır. Əlbəttəö, bizim işimiz deyil, amma yenə də Rauf bəyin seçki texnoloqları və seçki qərargahı bu kimi plakatların ya həmin şəxsin cismən o görüşdə olmadığı, ya da sayı minlərlə ölçülən görüşlərdə qaldırıla biləcəyini nəzərə almalıydı. Bütün bu amillər isə, R.Arifoğlunun seçki təbliğatında seçicini rəqibinə uduzduğunun tam şəkildə ortaya qoyur. Hətta inzibati resurslar nə qədər onun xeyrinə işləsə də bu qüsuru gizlətmək mümkün deyil. Heç 35 saylı seçki dairəsinin ərazisində yerləşən hərbi müəssisələrin şəxsi heyətinin səsinə də tam ümid etmək olmaz. Çünki, əmrə müntəzir olan 5 min hərbçi səsinin hamısının R.Arifoğluna yazılacağılnı düşünmək sadəlöhvlük olardı. Bu səslərin yarıdan çoxu məntiqlə YAP namizədinə veriləcək. Çünki, hərbçilərin hakim komandanın mövqeyini müdafiə etməsi daha ağlabatandır. Bütün bu reallıqlar isə uğurlara alışqan Rauf Arifoğlunu əsəbləşdirir. Əsəbi şəxslərin isə yanlış addımları təbiidir. Yəqin elə buna görə bəlli bir ünvana telefon zəngində “mənə kömək etmirsiz, mən bu qədər xidmət göstərmişəm, amma indi məni burda tək qoyublar” çağırışına “bacarırsansa qalıb gəl...” cavabı verilib. Deyəsən, “yuxarılar”ın da seçki baxışı dəyişir. “Hər şey dəyişəcək” və dəyişikliklər Ümid gətirir....
Şahin Əhmədov Siam.az