Qasım Süleymaninin silahdaşı İranda öldürüldü

23-01-2020, 10:10   

Rəsmi İRNA agentliyinin verdiyi məlumata görə, çərşənbə günü İranın cənub-qərbində maskalı silahlılar hərbi təhlükəsizlik qüvvələrinin yerli komandirini, bu yaxınlarda Amerikanın Bağdadda öldürdüyü İran generalı Qasım Süleymaninin silahdaşını qətlə yetirib.

Öldürülən komandir Əbdülhüseyn Mocəddəmi Dərxoyin şəhərində İnqilab Keşikçiləri Qvardiyasının daxili təhlükəsizlik və digər vəzifələri üçün icra edilən Bəsic qüvvələrinə rəhbərlik edirdi.

Mocəddəmi ölkənin neftlə zəngin Xuzistan əyalətindəki qəsəbədəki evinin qarşısında odlu silahla öldürülüb.

İRNA biri avtomat, digəri isə ov tüfəngi ilə silahlanmış motosikletdəkı iki şəxsin Mocəddəmini pusquya salaraq öldürdüyünü bildirib. Digər İran mediasının verdiyi məlumata görtə, silahlı şəxslərin üzlərində maska olub və dörd dəfə atəş açılıb.

Baş vermiş hadisə üzrə araşdırmalar aparılır.

Əbdülhüseyn Mocəddəminin komandiri olduğu Bəsic dəstəsi noyabr ayında bölgədə keçirilən nümayişlər zamanı etirazçılara qarşı güc tətbiq etmiş, çox sayda etirazçı öldürülmüş və yaralanmışdı.

Amnesty International təşkilatı ölkə boyu keçirilən nümayişlər zamanı 300-dən çox etirazçının öldürüldüyünü bildirsə də, İran ölənlərin sayını açıqlamamışdı.

Amerikanın səsi

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.