Təl-Əviv vuruldu: 159 ölü, 1268 yaralı

13-07-2014, 14:06   


23:32

İsrailin Qəzzaya hücumunun altıncı günündə ölənlərin sayı 135-ə çatıb, 1000 min nəfər isə yaralanıb.
Axar.az xəbər verir ki, BMT Qəzzada atəşkəs elan edilməsi üçün çağırış elan edib.
Son əldə edilən məlumatlara görə, fələstinlilər İsrail bölgələrini mərmi yağışına tutub.
İsrail kanalları İsrailin bütün şəhərlərinin mərmi hücumuna məruz qaldığını bildirib. Qarşılıqlı hücumların davam etdirildiyi vurğulanır.

01:08

Fələstindən İsrailin paytaxtı Tel-Əvivə atılan mərmilər nəticəsində 19 israilli yaralanıb. Qəzzanın şərqində isə 15 fələstinli şəhid olub, 35-i yaralanıb. Fələstinli gənclərin Təl-Əviv küçələrinə axışdıqları qeyd edilir.
Fələstinin İsrailin Aşkol şəhərinə raket zərbələri endirdiyi də bildirilib. Buna qarşılıq olaraq İsrail Qəzzaya hava hücumu ediləcəyini vətəndaşlardan evlərini tərk etmələrini tələb edib.
İsrail Səhiyyə Nazirliyi açıqlamasında bildirib ki, İsrail ordusu bədəni əridən yeni bir silah növündən istifadə edir.
Əldə edilən digər məlumatda Qüdsdə bir amerikalı turist öldürülüb.

02:41
Qüdsdə etirazçıların atdığı molotov kokteyli İsrailin nəzarət nöqtəsinin yanmasına səbəb olub.
Livandan işğal altındakı Nahariyə və Salome şəhərləri də mərmi hücumuna məruz qalıb.
İsrail radiosu isə bir neçə saat sonra Qəzzanın sonunun gələcəyini bəyan edib.

12:01

7 gündür davam edən İsrailin Qəzzaya hücumunun nəticəsində ölənlərin sayı 159-a, yaralıların sayı isə 1060-a yüksəlib.
İsrailin Hava Qüvvələri komandiri bildirib ki, Fələstinə əsgərlər yeridiləcək.
Həmasın İsrailin şəhərlərini raket hücumuna məruz qoyması nəticəsində isə 208 israilli yaralanıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.