Dünyada “inqilabların atası” olaraq tanınan amerikalı milyarder Corc Soros Davosda çıxışı zamanı yeni inqilabların anonsunu verib.
Publika.az xəbər verir ki, Soros bəşəriyyətin seçim nöqtəsində olduğunu, baş verənlərin ABŞ prezidenti Donald Tramp və Çin lideri Si Cinpinin, eyni zamanda, bütün dünyanın taleyini həll edəcəyini bildirib.
“Vətəndaş cəmiyyətinin mövcudluğuna təhlükənin yarandığı bir dövrdə yaşayırıq. “Açıq Cəmiyyət İnstitutu” layihəsi həyatımın ən önəmli işidir. Bunun bütün dünyadakı universitetlərin qatılacağı və araşdırma aparmaq üçün beynəlxalq platforma olacağını planlaşdırırıq. Mən yaşadığım müddətdə bu layihənin reallaşmasını görmək istəyirəm. Bu layihəyə 1 milyard dollar əlavə pul ayırırıq. Lakin təkbaşına qlobal bir şəbəkə qura bilmərik. Dünyanın hər yerində ortaqlara və dəstəkçilərə ehtiyacımız var. Təəssüf ki, bu gün dünya Çin, Rusiya və ABŞ kimi ölkələrin liderlərinin əlindədir”, - Soros bildirib.
Onun sözlərinə görə, Donald Tramp “hiyləgər, saxtakar, narsist və iqlim düşmənidir”: “Hazırda ABŞ-ın iqtisadi göstəriciləri Trampın yenidən prezident seçilməsini təmin edə bilər. Tramp canlı olan iqtisadiyyatı aşırı dərəcədə alovlandırıb. Alovlanmış bir iqtisadiyyatı qaynama nöqtəsində uzun müddət tutmaq mümkün deyil. ABŞ-də növbəti prezident seçkilərinə 10 ay qalıb. Hazırkı iqtisadi göstəricilər seçkilərə az müddət qalanda olsaydı, Tramp seçkini asanlıqla uda biləcəkdi. Lakin onun problemi 10 ay müddətin qalmasıdır. 10 ay, inqilabçı gözü ilə baxanda bu bir ömür qədər uzundur”.Sorosun bununla Trampa “səni devirəcəm” mesajı verdiyi haqda fikirlər irəli sürülür. O cümlədən, “Açıq Cəmiyyət İnstitutu” layihəsinə əlavə 1 milyard dolların ayrılması da bu plana qarşı çıxan bütün ölkələrdə yeni inqilablara start vermək planlarından xəbər verir.
Çin liderini də ittiham edən “inqilabların atası” Si Cinpinin yeni insan növü yaratmaq istədiyini iddia edib.Asif