Gəncədəki uşaq evindən daha bir qalmaqallı GÖRÜNTÜ – Uşaqlar döyülür? – VİDEO

25-01-2020, 18:18   

Gəncə şəhəri 20 Yanvar küçəsində yerləşən kimsəsiz uşaqlar evi ilə əlaqədar daha bir qalmaqallı görüntülər yayımlanıb.

Yayılan görüntülərdə oradakı uşaqlardan birinin döyüldüyü iddia edilib. Sözügedən görüntü Gəncə şəhər sakini Orxan Sarıyev çəkib. O, saytımıza açıqlamasında sözügedən uşaq evində uşaqlara baxılmadığını bildirdi:

“Bir neçə ay öncə çəkilib bu görüntülər. Həmin vaxt Kəmalə Ağazadəyə göndərildi video, amma heç bir nəticəsi olmadı. Daha sonra Zaur Baxışəliyev və Kamil Zenallıya göndərildi onlar məsələyə baxdılar. Uşaq evinin indi görüntü olaraq rənglənməyinə, gözəlləşməyinə baxmayın. Onların ilk öncə işçiləri dəyişdirilməlidir. Dəfələrlə orada olmuşam, uşaqlara baxılmır, onların bezləri gec-gec dəyişdirilir, uşaqlar bir-birilərini döyürlər işçilər buna nəzarət eləmir, yeməklər uşaqlara çatmır, geyimləri demək olar ki, yoxdur. Bundan başqa uşaqlar xəstədir, onlara dərman verilmir. Hansı birini deyəsən… Bütün Gəncə sakinləri burdakı vəziyyətin şahididir”.

Məsələ ilə bağlı kimsəsiz uşaqlar evinin direktoru Lətifə Kərimova ilə əlaqə saxladıq. O, Yeniavaz.com-a açıqlamasında uşağın işçilər tərəfindən döyüməsi məsələsinin doğru olmadığını bildirdi: “Uşaq döyülməyib. Sadəcə uşaq oynayan zaman yıxılıb başı yatağa dəyib. Həmin vaxtı özüm də burda olmuşdum. O, uşağı da başqa uşaq itələmişdi. Həmin vaxtı uşağın alnına lazımi dərmanları da vurulmuşdu. Sadəcə biraz gec sağaldı yarası. Hal-hazırda vəziyyəti yaxşıdır. Uşaqların döyülməsi halı heç vaxt olmayıb”.

/Yeniavaz.com/

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.