Fələstin: İsrail qadağan olunmuş silahlardan istifadə edir

13-07-2014, 14:32   
Fələstin: İsrail qadağan olunmuş silahlardan istifadə edirFələstinin Səhiyyə Nazirliyi bəyan edib ki, İsrail beynəlxalq konvensiya ilə qadağan edilmiş silahlardan istifadə edir. Musavat.com-un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, səhiyyə nazirinin müavini Əbu Yesif Riş bildirib ki, Qəzzadakı xəstəxanalar yaralılar və cəsədlərlə doludur.

Əbu Rişin sözlərinə görə, ekspertlər xəsarət alanların yaralarının xarakteri ilə müəyyən ediblər ki, israillilər qadağan olunmuş silah və döyüş sursatlarından istifadə edir. Bunu Qəzzadakı əcnəbi həkimlər də təsdiqləyiblər.

Səhiyyə nazirinin müavini məlumat verib ki, Qəzzada ölənlərin 40, yaralıların isə 62 faizini qadınlar və uşaqlar təşkil edir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.