Kamaləddin Qafarov M.Ə. Rəsulzadə qəsəbəsində növbəti görüş keçirib - Foto

26-01-2020, 11:58   



Kamaləddin Qafarov M.Ə. Rəsulzadə qəsəbəsində növbəti dəfə seçiciləri ilə görüşüb...

Yeni Azərbaycan Partiyası tərəfindən VI çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizədliyi irəli sürülmüş Kamaləddin Qafarovun Binəqədi rayonunda seçicilərlə görüşləri davam edir. O, yanvarın 25-də M.Ə. Rəsulzadə qəsəbəsinin bir qrup sakini ilə görüşmüşdür.
K.Qafarov əvvəlcə seçicilərə ölkədə son dövrdə baş vermiş inkişaf və sosial tərəqqi barədə məlumat vermiş, cəmiyyət həyatının bütün sahələrinin dinamik inkişafının rəhni olan islahatlar barədə ətraflı söz açmışdır. O, islahatlar prosesinə ölkənin bütün sosial qruplarının dəstək verməsinin zəruriliyini xüsusi vurğulamışdır.
Sonra Kamaləddin Qafarov görüşə toplaşan seçicilərin çoxsaylı suallarını cavablandırmış, növbədənkənar parlament seçkilərinin keçirilməsinin siyasi, ideoloji və sosial səbəblərini izah etmişdir.
Görüşdə iştirak edən seçicilər fevralın 9-da yüksək fəallıq göstərəcəklərini və ən layiqli namizədlərə səs verəcəklərini bildirmişlər.
pia.az
       
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.