Erməni hücumunun qarşısını alan gizir danışdı

13-07-2014, 14:38   
Erməni hücumunun qarşısını alan gizir danışdıBir neçə gün əvvəl cəbhə xəttində erməni tərəfi Azərbaycan postuna hücum edib.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin rəsmi orqanı olan “Azərbaycan ordusu” qəzeti məlumat yayıb.

Azərbaycan tərəfi hücumun qarşısını qətiyyətlə alıb. Post başçısı gizir Namiq Şıxəliyev hücum gününün dəqiq vaxtını açıqlamayıb. Lakin o, hücumun gecə 2-3 radələörində olduğunu deyib. N.Şıxəliyev erməniləri görən kimi “həyəcan” siqnalı verdiyini, dərhal Azərbaycan əsgərlərinin erməniləri atəşə tutuduğunu söyləyib. Bundan sonra ermənilər geri çəkilməyə məcbur olub. Hadisə zamanı Azərbaycan tərəfindən ölən və yaralanan olmayıb. Erməni tərəfdən itki olub-olmadığı açıqlanmır.

Hücumun qarşısı alındıqdan sonra Azərbaycan tərəfi səhərə qədər növbəti hücumu gözləyib, lakin ermənilər daha gəlməyib.

Düşmən hücumunun qarşısını almış Azərbaycan əsgərlərinə təşəkkür elan edilib, onlara fəxri fərmanlar verilib, həmçinin döyüşdə fərqlənənlər məzuniyyətə göndərilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.