SON DƏQİQƏ: 110 nəfərin olduğu ABŞ təyyarəsi VURULDU - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR (YENİLƏNDİ)

27-01-2020, 18:49   
 

"Taliban" təyyərə qəzası ilə bağlı açıqlama yayıb.
Publika.az xarici mediaya istinadla xəbər verir ki, terror təşkilatı açıqlamasında ABŞ təyyarəsini vurduqlarını bəyan edib. Təyyarənin üzərində də ABŞ hərbi hava qüvvələrinə aid loqo olub.
***
Qəzni şəhər valisi Vəhidullah Kilimzey “Anadolu” agentliyinə açıqlamasında təyyarənin yerli vaxtla saat 13:10-da qəzaya uğradığını açıqlayıb.
O bildirib ki, bölgə "Taliban"ın nəzarətində olduğuna görə, olay haqqında dəqiq informasiya almaq mümkün deyil.
Qəzni şəhər polis rəisi Əhməd Xalid Vardaq isə təyyarənin “Ariana Afgan” Hava Yollarına məxsus olduğunu təsdiq edib.
Şirkətdən verilən açıqlamada təyyarənin onlara aid olub-olmadığı ilə bağlı bilgilərinin olmadığı qeyd edilib.
***
15:16
Əfqanıstanda qəzaya uğramış təyyarə Əfqanıstan ordusuna məxsus olub.
RİA “Novosti”nin xəbərinə görə, hələ ki, sərnişinlərin aqibəti barədə məlumat yoxdur.
Herat Hava Limanındakı səlahiyyətlilər təyyarənin “Ariana Afghan” Hava Yolları şirkətinə məxsus olduğunu və göyərtəsində 110 nəfərin olduğunu, Heratdan Hindistanın paytaxtı Dehliyə uçduğunu bildirib.
Aviaşirkətin icraçı direktoru Mirvays Mirzakval “Ariana Afghan” təyyarəsinin qəzaya uğraması barədə məlumatı təkzib edib.
***
14:11
Əfqanıstanda təyyarə qəzası olub.
Publika.az xəbər verir ki, “Ariana Afgan” Hava Yollarına məxsus təyyarə Qəzni şəhərində qəzaya uğrayıb.
Yerli mətbuat Heratdan Kabilə getmək üzrə havaya qalxan təyyarədə 83 nəfərin olduğunu yazıb.
Qeyd edək ki, Qəzni şəhəri “Taliban” qruplaşmasının nəzarətindədir.
Zümrüd
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.