Son günlər sosial şəbəkələrdə Salyan rayonunda polis zabitinin 21 yaşlı qızı zorlaması və həmin qızın onu bıçaqlaması geniş müzakirələrə səbəb olub. Sosial şəbəkə iştirakçıları baş verənlərdə polisi ittiham edir və onun hərəkətlərini polis adına yaraşmayan hesab edirlər.
Söhbət Salyan rayon Polis Şöbəsinin təhqiqat şöbəsinin rəisi, polis kapitanı Həmzə Əzizovdan gedir. İddialara görə, H.Əzizov 21 yaşlı Salyan sakini Aytəkin Abıyevanı zorlayıb və qız öz qisasını ondan bıçaqlamaqla alıb. A.Abıyevanın istintaqda verdiyi ilkin ifadəni əldə etmişik. Oxucuların marağını nəzərə alaraq həmin ifadəni davamını oxuculara təqdim edirik.
Həmzə Əzizov
A.Abıyeva artıq Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Abıyeva 7 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 29,120.2.3-cü maddəsi ilə ittiham verilib. Dövlət ittihamçısı A.Abıyevaya 11 il cəza verilməsini istəyib. Məhkəmə A.Abuyevaya Cinayət Məcəlləsinin 29,120.2.3-cü maddəsi ilə verilmiş ittihamı CM-nin 126.2 maddəsinə tövsiv edib.
A.Abıyevanın istintaqa verdiyi ifadəsindən: "Ə.Hüseynov küçəsi ilə Ə.Zeynalov küçəsinin kəsişməsinə çatanda qardaşım Abhüseyni qarşı yola piyada gəldiyini gördüm. Yol kəsişməsinə çatanda Həmzə avtomobili saxladı. Bu vaxt qardaşım sağ qabaq qapını açdı və həmin vaxt Həmzə üzünü ona çevirib "bax gör neyləyirsən" sözünü dedi. Həmzənin məni aldadıb Salyandan gətirib qardaşıma vermək üçün tələyə saldığını başa düşdüm.
Onun bu hərəkətindən əsəbləşib qisas almaq üçün şalvarımın belində gizlətdiyim bıçağı sağ əlimlə gizli çıxarıb avtobobilin arxa hissəsində ortaya uzadaraq Həmzənin sağ yanına bir zərbə endirib bıçağı çıxardım. Həmzəyə ikinci zərbəni endirmək istəyəndə qardaşım sağ əlimdən tutub bıçağı aldı və məni maşından yerə saldı. Həmzəni vurduğuma görə məni yolda bir qədər sürüdü. Bu zaman ayaqqabımın sol ayağındakı tayı çıxıb yol kənarında qaldı. Həmzə avtomobildən düşüb məni qardaşımın sürümüsənin qarşısını almaq üçün bir-iki addım qabağa gəldi. Ayağa durduqda Həmzənin sağ yanını tutduğunu, polis formasının köynəyindən qan axdığını gördüm.
Bir neçə dəqiqədən sonra kimsə gəlib Həmzənin avtomobilini idarə edərək onu xəstəxanaya apardı. Həmin vaxt ora atam Yaşar gəldi. Atamla birlikdə bir qədər qabağa gedəndən sonra qarşıdan anam gəldi. Valideynlərimə Həmzəni bıçaqla vurduğumu dedim və məni polis şöbəsinə aparmağını istədim. Atam yoldan keçən avtomobillə məni Salyan Polis Şöbəsinə apardı və orda polislərə Həmzəni vurduğumu etiraf etdim".
P.S. H.Əzizovun qız tərəfindən bıçaqlanması ilə bağlı məlumat ilk olaraq Criminal.az saytında dərc olunub. Polis zabiti həmin məlumata görə, saytın baş redaktoru Anar Məmmədova qarşı Ağdam rayon Məhkəməsində iddia qaldırıb və jurnalistdən 10 min manat təzminat tələb edir.
Ardı var...
criminal.az