Türkiyədə daha bir güclü zəlzələ - Video

28-01-2020, 17:23   

 


   
15:37
Türkiyənin Manisa şəhərində 5.1 bal gücündə zəlzələ baş verib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Qəndilli Rəsədxanası məlumat yayıb.
Yerli saatla 14:26-da, episentri Qırxağacda qeydə alınan zəlzələnin İstanbul, İzmir, Bursa və digər şəhərlərdə də hiss edildiyi bildirilib.
***
Türkiyədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) zəlzələnin 4.8 bal gücündə olduğunu açıqlayıb.
Türkiyə Daxili İşlər naziri Süleyman Soylu canlı yayında zəlzələ nəticəsində hər hansı itki və tələfat olmadığını bildirib.
Qeyd edək ki, 25 yanvarda Türkiyənin Elazığ və Malatya şəhərlərində baş verən 6.8 ballıq zəlzələ nəticəsində 40 nəfər həlak olub, 1500-ə qədər adam xəsarət alıb.

[media=//www.youtube.com/watch?v=NNscU9_fa2U]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.