AŞPA hesabatı: “Azərbaycan mətbuat üçün ən düşmən ölkələrdən biridir”

28-01-2020, 19:22   
 

Azərbaycan hakimiyyəti jurnalistlərə qarşı repressiyaları dərhal dayandırmalı, söz və media azadlığını təmin etməli, mətbuat azadlığı və təhlükəsizliyi sahəsində Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün real addımlar atmalıdır. Bu barədə yanvarın 28-də AŞPA-nın qış sessiyasında qəbul edilmiş “Avropada media azadlığına və jurnalistlərin təhlükəsizliyinə təhdidlər” adlı qətnamədə deyilir. Qətnamənin müəllifi britaniyalı deputat Corc Fulkesdir.

Avropada onlarla jurnalistin fiziki hücumlara, özbaşına həbslərə, hətta ölümə məruz qalması yolverilməzdir; bu cinayətlərdə günahkar olanlar əsasən cəzasız qalırlar. Təhdidlər, təqiblər, hüquqi və inzibati məhdudiyyətlər, həmçinin jurnalistlərə həddən artıq siyasi və iqtisadi təzyiqlər adi hala çevrilib, hesabatda deyilir.

Avropa Şurasına üzv dövlətlər jurnalistlərin təhlükəsizliyinə effektiv zəmanət verməli, kütləvi informasiya vasitələrinin azadlığına xidmət edən şərait yaratmalı və bu azadlığa təsir edə biləcək qanunlar və ya normativ müddəalardan sui-istifadə hallarının qarşısını almalıdırlar. Azadlıq olmadan demokratiya ola bilməz.

Jurnalistlərin öz mənbələrini qorumaq hüququ təmin edilməlidir; polis tərəfindən jurnalistlərə qarşı zorakılıq pislənməlidir.

Avropa Şurası jurnalistlərin müdafiəsi və təhlükəsizliyi Platforması vəziyyəti təhlil etməyə kömək edən mühüm vasitədir. Üzv dövlətlər Platformanın xəbərdarlıqlarına effektiv reaksiya verməli və onunla vicdanla əməkdaşlıq etməlidirlər, hesabatda qeyd olunur.

Sənəddə Azərbaycandakı vəziyyət barədə ayrıca danışılır. Rəsmi Bakı “KİV azadlığını ciddi şəkildə məhdudlaşdıran düşmənçilik mühiti”ni kardinal olaraq dəyişdirməyə çağırılır.

“Xüsusilə əsassız cinayət ittihamları ilə sistematik təhdid edilən və uydurma dəlillərlə azadlıqdan məhrum edilə müstəqil jurnalistləri susdurmaq məqsədilə cinayət qanunvericiliyindən istifadəni qadağan etmək lazımdır;

Jurnalistlərin və KİV işçilərinin mühakimə olunma hallarına təcili olaraq baxılmalı, bütün həbs edilən bütün azad edilməlidir;

Jurnalistlərin ölkəni tərk etməsinə qadağa qoymaqdan çəkinməli;

Müstəqil xəbər agentliklərinin vergidən yayınma və ya mənfəətin azaldılması ilə bağlı saxta ittihamlarla mühakimə olunmasına son verilməli;

Müstəqil xəbər saytlarına girişin sistematik bloklanmasına son qoyulmalı;

Yeganə müstəqil informasiya agentliyi olan Turan-a və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna istənilən inzibati və siyasi təzyiqləri son qoyulmalıdır”, – hesabatda deyilir.

Sənədin sonuda qeyd olunub: “Azərbaycan məhkəmə çəkişməsi, hökm çıxarılması və həbs cəzası baxımından jurnalistlər üçün ən düşmən ölkələrdən biridir. 2017-ci ildən jurnalistlərə və ya KİV-ə qarşı 18 cinayət işi açılıb, onların əməkdaşları isə mühakimə edilib və həbs olunub.

2019-cu ilin mayına qədər 5 jurnalist peşə fəaliyyətinə görə hələ də həbsdə olub.

Hökmlər əsassız olaraq böyükdür, məsələn, Kend.info saytının təsisçisi, korrupsiya və insan hüquqları ilə bağlı yazıları ilə tanınan, 9 il azadlıqdan məhrum edilmiş Elçin İsmayıllının işində olduğu kimi.

Digər üç jurnalist həbsdədir: Ziya Əsədli, Fikrət Fərəməzoğlu və Əfqan Muxtarlı. Digər jurnalistlərin ölkədən çıxışına qadağa qoyulub.

Eyni zamanda son vaxtlar 400-dən çox hökumətyönlü jurnalist hakimiyyətdən pulsuz mənzil alıb ki, bu da “ələ alma”nın bir vasitəsidir.

Contact.az

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.