TRAMP 50 MİLYARDLIQ SÜLH PLANININ İLK ANONSUNU VERDİ:"Qüds İsrailin bölünməz paytaxtı qalacaq, Fələstin ərazisi ikiqat artırılacaq" - İKİ CƏBHƏDƏN FƏRQLİ REAKSİYALAR + XƏRİTƏ

29-01-2020, 08:33   

“Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”.

“RİA Novosti” xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

“Bu plana əsasən, Qüds bölünməz paytaxt qalacaq, bu, çox əhəmiyyətlidir”, – deyə Tramp Fələstin-İsrail münaqişəsinin nizama salınması planını təqdim edərək bildirib.

Tramp bildirib ki, ABŞ Şərqi Qüdsdə fələstinlilər üçün öz səfirliyini açacaq.

“Bu xəritə Şərqi Qüdsdə fələstinlilərin paytaxtı ilə Fələstin ərazisini ikiqat artıracaq, harada ki, ABŞ qürurla özünün səfirliyini açacaq”, – o, deyib.

Tramp bildirib ki, “Əsrin sazişi” yeni Fələstin dövləti üçün 50 milyard dollar məbləğində investisiyaları təmin edəcək.

O, deyib ki, çox sayda dövlət bu prosesdə iştirak etmək istəyir: “Praktik olaraq hamı istəyir ki, bu olsun”.

Trampın fikrincə, “əsrin sazişi” İsrail və Fələstinin qonşuların böyük dəstəyini alacaq”.

O, əlavə edib ki, ABŞ planının reallaşdırılacağı təqdirdə 10 il ərzində “Fələstində işsizlik iki dəfə azalacaq”.

İsrailin baş naziri Binyamin Netanyahu Vaşinqtonda ABŞ prezidenti Donald Trampla birgə mətbuat konfransında Ağ Ev rəhbərinin sülh planı əsasında fələstinlilərlə danışıqlar aparmağa hazır olduğunu bildirib: “Mən bu sülh planı əsasında Fələstin tərəfi ilə danışıqlar aparmağa razıyam. Əgər fələstinlilər İsrailin yəhudi dövləti kimi tanınmasına hazırdırsa, İsrail dərhal sülh haqqında danışıqlara başlamağa hazırdır”.

Netanyahunun sözlərinə görə, Trampın təklif etdiyi “əsrin sazişi” “münaqişənin kökünə – İsrailin fələstinlilər tərəfindən yəhudi dövləti kimi tanınması zəruriliyinə müraciət edir”.

“Bu gün siz parlaq gələcəyə yol, israillilər, fələstinlilər və region üçün parlaq gələcək yolu, uzunmüddətli sülhə həqiqi yol göstərdiniz”, – İsrail Nazirlər Kabinetinin başçısı Ağ Ev rəhbərinə müraciətində söyləyib.

Fələstin rəhbəri Mahmud Abbas isə ABŞ-ın Yaxın Şərq üzrə nizamasalma planını sui-qəsd adlandırıb.

Bu barədə o, Fələstin Televiziyasının birbaşa yayımında çıxış edərkən bildirib: “Qüds satılmır və sizin sui-qəsdiniz keçməyəcək. Biz Fələstin xalqının tarixi haqlarına məhəl qoymamağa imkan verməyəcəyik, biz paytaxtı Qüds olan Fələstin dövlətinə sadiqik”/Report.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.