Koronavirusdan sonra yeni epidemiya yayıldı – HƏR GÜN BİR UŞAQ ÖLÜR

29-01-2020, 15:33   



Koronavirusdan sonra yeni epidemiya yayıldı –  HƏR GÜN BİR UŞAQ ÖLÜR

Hurriyyet.org xəbər verir ki, dünya əhalisində təşviş doğuran korona epidemiyası davam edərkən Kolumbiyada yeni bir epidemiya yayıldığı bildirilir. Mənşəyi hələlik bəlli olmayan virus 6 gündə 6 uşağın ölümünə səbəb olub.

Kolumbiyanın Səhiyyə Nazirliyi ölkənin şimal-qərbindəki Çoko vilayətindəki Bajo Baud məntəqəsində yayılan xəstəliyin 23 yanvardan bəri 6 uşağın ölümünə, 60-dan çox insanın yatağa düşməsinə səbəb olduğunu bildirib.

Nazirliyin “Tvitter” səhifəsindəki açıqlamasında naməlum epidemiya ilə qarşılaşdıqları, ehtiyat tərbirlərinin artırıldığı bildirilir.

Kolumbiyanın Vounaan Xalq Hakimiyyəti Şurasının (Woundeko) təmsilçisi Orlando Moya, yerli mətbuata açıqlamasında epidemiyasının 10 yaşdan kiçik uşaqlarda qızdırma, qusma və ishala səbəb olduğunu bildirib.

Moya deyib: “Uşaqlar ölürlər, axırıncısı dünən günorta öldü. Heç kim bizə bunun səbəbini demir”.

Çoko ştatının səhiyyə naziri Carlos Tirso Murillo virusla bağlı dəqiq məlumat verməyib, lakin təmiz su tapılmaması səbəbindən kəskin ishal hallarının yayılmış ola biləcəyini söyləyib.

Hurriyyet.org

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.