"Rusiya ilə həm Soçi, həm də Astanada danışıqlar oldu. Bu müqavilələrə sadiqlik görsək eyni sədaqətlə davam edəcəyik".Publika.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Seneqala rəsmi səfərindən dönüşdə media nümayəndələrinin suallarını cavablandırarkən deyib.
Ərdoğan İdlibdəki ümumi vəziyyəti, Rusiyanın İdlib planını, "Sanksiyalar vasitəsilə Amerika düşmənlərinə müqavimət haqqında" (CAATSA) qanunu, S-400 və F-35-ləri qiymətləndirib.
Türkiyə Prezidenti qeyd edib ki, təəssüf ki, Rusiya Astana və Soçi danışıqlarına sadiq qalmadı: "Biz qarşı tərəfə "İdlibdə hücumları dayandırmayacağınız təqdirdə səbrimiz tükənəcək, bundan sonra nə lazımdırsa edəcəyik" dedik. Bundan sonra Rusiya ya Suriya, ya da Türkiyə ilə olan prosesi fərqli icra edəcək, başqa yol yoxdur. Bizim torpaq işğal etmək kimi niyyətimiz yoxdur. Sadəcə oradakı məzlum, zərər çəkmiş insanları xilas etmək üçün səy göstəririk”, - deyə Ərdoğan bildirib.