Ölkədə təhlükəli hava - Professor xəbərdarlıq etdi

30-01-2020, 13:29   

 


   
Bu gün Azərbaycanın bəzi ərazilərində havanın hərarəti 16 dərəcəyə qədər qalxıb. Ekspertlər son günlər havanın belə qeyri-sabit keçməsinin, yanvar ayı olmasına baxmayaraq, 16 dərəcə isti müşahidə edilməsinin təbiətə və insanlara müəyyən təsiri olduğunu bildirirlər.
Bəs havanın belə keçməsinin səbəbi nədir və bu halda hansı proseslər həyata keçirilməlidir?
Mövzu haqda Axar.az-a danışan Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, ekoloq Rauf Soltanov bildirib ki, son illər dünyada havaların qeyri-sabir keçməsi adi hala çevrilib:
“Yer kürəsində baş verən proseslər iqlimə təsirsiz ötüşmür. 50-60-cı illərdə ölkəmizin şimal bölgələrində 6-7 ay qar olar, havalar olduqca soyuq keçərdi. Amma indi həmin ərazilərə qar çox təsadüfi hallarda, demək olar ki, 5-10 santimetr yağır. Bunun ən böyük səbəbi dünyada baş verən qlobal istiləşmədir.
Əlbəttə, qış fəsli qış kimi – soyuq, qarlı-boranlı keçməlidir. Qar çox yağan yerlərdə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün olduqca münbit şərait yaranır. Yağış, qar nə qədər çox yağsa, o qədər bitki, yaşıl kütlə yaranır, həmçinin mikroorqanizmlərdən tutmuş daha böyük heyvanların da sayı artır”.
Professor deyib ki, əgər dövlət səviyyəsində müəyyən tədbirlər həyata keçirilməsə, bu durum flora və fauna üçün təhlükəli ola bilər:
“Ölkədə melorasiya işləri aparılmalıdır. Bunu da qeyd edim ki, iqlim dəyişkənliyi təkcə təbiətə yox, insanlara da, onların əhval-ruhiyyəsinə də mənfi təsir göstərir”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.