Namizədliyi Yeni Azərbaycan Partiyasından iərli sürülmiş K.Qafarov yanvarın 30-da partiyanın Binəqədi rayon təşkilatının binasında səhiyyə işçiləri ilə görüşmüşdür.
Görüşü giriş sözü ilə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov açmışdır. Seçkilərin keçirildiyi cari ilin aktual vəzifələri barədə geniş məlumat verən R.Goyüşov dövlət tərəfindən müəyyən edilmiş hədəflərə çatmaq uğrunda gedən ümumxalq mübarizəsində tibb sahəsində çalışan soydaşlarımızın da böyük rolu olduğunu qeyd etmişdir.
Səhiyyə işçiləri tərəfindən hərarətlə qarşılanan Kamaləddin Qafarov seçkiqabağı təşviqat prosesində fəallıq göstərdiklərinə görə həmkarlarına dərin minnətdarlığını bildirmişdir.
İcbari tibbi sığortanın zamanın tələbi olduğunu vurğulayan deputatlığa namizəd bu məqsədlə dövlətimizin gərgin və səmərəli səylər sərgilədiyini bildirmişdir. Ölkəmizdə 2020-ci ildən tətbiqinə başlanan icbari tibbi sığorta əhalinin sağlamlığının qorunması, səhiyyə işçilərinin maddi rifhının yaxşılaşması və keyfiyyətli tibb xidmətinin işinin bərqərar olunmasına böyük töhfə verəcəyini söyləmişdir. O, bu məqsədlərin reallaşdırılması üçün dövlət tərəfindən 600 milyon manatdan çox vəsaitin ayrılmasının sözügedən tədbirlərin reallaşması işinə ciddi töhfə verəcəyinə inam ifadə etdi.
Görüşdə çıxış edən həkimlər və digər tibb işçiləri dövlətimizin reallaşdırdığı islahatları ürəkdən dəstəklədiklərini bildirmiş və fevralın 9-da ən layiqli namizədə səs verəcəklərini bildirmişlər.
* * *
Kamaləddin Qafarov həmin gün M.Ə.Rəsulzadə qəsəbəsində Zahid Qənbərov küçəsinin sakinləri ilə də görüşmüşdür. Sakinlər yaşadıqları ərazinin problemləri ilə bağlı K.Qafarovla fikir mübadiləsi etmiş və deputatlığa namizəd çatışmazlıqların aradan qaldırılması üçün müvafiq
pia.a