Bakıda karantində saxlanılan çinli tələbənin atası virusdan vəfat edib

31-01-2020, 20:07   



Bakıda karantində saxlanılan çinli tələbənin atası virusdan vəfat edib

1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə alan tələbənin kimliyi məlum olub.

Mərkəzdən verilən məlumata görə, bu BDU-nun Amerikaşünaslıq fakültəsinin III kurs tələbəsi Zhenghai Liu Youshadır.

Bu ilin yanvar ayının ortalarında Çindən Azərbaycana gələn tələbə yanvarın 27-də Kliniki Tibbi Mərkəzə daxil olub.

Tələbənin dediyinə görə, atası Çində dünyasını dəyişib. Ona görə də o hazırda 1 saylı Kliniki Tibbi Mərkəzdə karantində saxlanılır. Kliniki Tibbi Mərkəzdə Liu Yousha müayinə olunub, onda virusun heç bir əlaməti aşkar olunmayıb, yalnız karantin müddəti ilə bağlı təhlükəsizlik baxımından nəzarətdə saxlanılır./Trend/

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.