Azərbaycanlı həkim xərçəngi sağaldan bitkinin adını açıqladı

1-02-2020, 18:19   

Bu yaxınlarda Amerika onkoloqları ilə birgə Vaşinqton universitetinin biomühəndisləri bildiriblər ki, nəhayət bədxassəli xərçəng hüceyrələrini məhv ediblər.

Turkustan.info  xəbər verir ki, bu barədə tanınmış fito-terapevt Elnur Rəhimov məlumat verib. O, qeyd edib ki, mütəxəssislər bu möcüzəvi təsiri birillik yovşan bitkisində tapıb. Tədqiqatlar göstərdi ki, birillik yovşan bitkisi 98%-ə qədər xərçəng hüceyrələrini 16 saat ərzində məhv edə bilir. Vaşinqton Universitetinin kimyaçı mütəxəssisi Tomikasu Sasaki birillik yovşanın sanki bomba kimi düz xərçəng hüceyrələrinin tam mərkəzinə – episentrinə düşərək onları məhv etdiyini vurğulayıb.

Həmin universitetin digər bir mütəxəssisi Henri Lay qeyd edib ki, bu zaman bitkinin təsir effekti “Troya atı” kimi hərtərəfli işləyir.

Onu da qeyd edək ki, 1972-ci ildə Çin farmakoloqu Tu Yuyu seskviterpen laktonu olan artemizinin əldə edib. Lakin 2015-ci ildə məhz bu alim artemizinini malyariya xəstəliyinin müalicəsində tətbiq edilən dərman preparatının əsas tərkib hissəsinə daxil edib yüksək effektivlik əldə etdiyinə görə, tibb sahəsində Nobel mükafatına layiq görülüb.  /Redaktor.az/

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.