Dubay əmirinin killer şəbəkəsi: 200 nəfər öldürüldü – Şok faktlar

4-02-2020, 11:23   

Yəmənin müvəqqəti paytaxtı Ədəndə 2015-ci ildən bu yana 200 nəfərin sui-qəsd nəticəsində həyatını itirdiyi açıqlanıb.

Bu barədə Yəməndə fəaliyyət göstərən Sui-qəsd Qurbanlarının Müdafiə Təşkilatı məlumat yayıb.

Məlumatda sui-qəsd hallarının gizlədildiyi bildirilib. Təşkilatın üzvü, vəkil Afra Həriri hüquq-mühafizə orqanlarını və polisi sui-qəsdləri gizlətməkdə ittiham edib.

İddiaya görə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 2018-ci ildə başda Yəmən olmaqla bölgə ölkələrində nüfuzlu siyasətçiləri aradan qaldırmaq üçün “Mizraq” adlı killer qrupu göndərib. Yəməndə baş verən sui-qəsd hallarından bu qrupun məsuliyyət daşıdığı deyilib.

ABŞ-da fəaliyyət göstərən “Buzzfeed News” adlı xəbər saytı BƏƏ şahzadəsi Məhəmməd bin Zayedin amerikalı killerlərdən ibarət sui-qəsd qrupu qurduğunu iddia edib. Bunun əsas hədəfinin Yəmənin nüfuzlu siyasətçilərini aradan qaldırmaq olduğu deyilib.

BƏƏ-nin muzdlu qatil Məhəmməd Daxlanın vasitəçiliyi ilə qurduğu sui-qəsd şəbəkəsinə hər cinayətə görə ödəniş edildiyi bildirilib. Məlumata görə, sui-qəsd əməliyyatları birbaşa Dubay əmiri Məhəmməd bin Zayedin tapşırığı ilə həyata keçirilib.  /Teleqraf.com/

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.