Suriyada türk-rus ortaq patrulunun fəaliyyəti dayandırılıb –ANKARA KREMLİN ORBİTİNDƏN ÇIXMAQ İSTƏYİR?

4-02-2020, 13:42   

Ayla Cin Yakli

“Əl-Monitor”, 03.02.2020

 

Bazar ertəsi günü Türkiyə rəsmiləri Suriyanın şimal-qərbindəki İdlib əyalətində ölümcül toqquşmalarda azı 8 türk əsgəri və mülki podratçıların, çox sayda da Suriya əsgərinin öldüyünü söyləyiblər. Prezident Rəcəb Tayyib Ərdoğan Suriyada hərbi əməliyyatları davam etdirəcəyinə söz verib.

Müdafiə naziri Hulusi Akar 76 rejim hərbçisinin zərərsizləşdirildiyini açıqlayıb. Suriya İnsan Haqları Rəsədxanası Suriya hökumət qüvvələrinin itkilərini 13 nəfərə endirib.

Türk əsgərləri Bəşər Əsədin dəstəkçiləri ilə, Rusiya və İranla 2018-ci ildə bağlanmış müqaviləyə əsasən, hərbisizləşdirilən zonada, Saraqib şəhəri yaxınlığındakı postda möhkəmləndirmə işi apararkən toqquşublar.

Türkiyə 2011-ci ildən bəri yarım milyon insanın ölümünə səbəb olan müharibədə Əsədlə mübarizə aparan Suriya müxalifətini dəstəkləyir.

“Bu cür xain hücumlarla Türkiyənin səbrini sınayacağını düşünənlər böyük səhv etdiklərini başa düşəcəklər, – deyən Ərdoğan əvvəlcədən planlaşdırılan Ukrayna səfərinə çıxmazdan əvvəl bildirib. – Millətimizin, xalqımızın və İdlibdəki qardaşlarımızın təhlükəsizliyi üçün həyata keçirdiyimiz əməliyyatları davam etdirməyə qərarlıyıq”.

Bundan əvvəl İdlibdəki 12 müşahidə postunda Suriya və Türkiyə qoşunları arasında atışmalar olub, lakin iki hərb qüvə arasında birbaşa qarşıdurma nadir haldır. Bazar ertəsi günü baş verən döyüş isə tərəflər arasında ən ölümcül.

Keçən həftə Ərdoğan Türkiyənin yeni bir qaçqın dalğasına dözməyəcəyini və sərhədlərini qorumaq üçün “lazım olanı” edəcəyini xəbərdar edərək, Əsədin Türkiyəni təhdid etmək üçün məcburi köçkünlərdən yararlandığı iddiasını ortaya qoyub. Türkiyə artıq 3,6 milyon suriyalı qaçqına ev sahibliyi edir və o, dünyanın ən böyük köçkün evinə çevrilir.

Noyabr ayından bəri Əsəd üsyançıların son qalası və 3 milyona yaxın insanın yaşayış yeri olan İdlib şəhərini geri almaq üçün hücumu gücləndirdiyindən Türkiyə ilə Suriya arasında uzun müddət davam edən düşmənçilik güclənib. Rusiya aviasiyasının dəstəklədiyi kampaniya 100 minlərlə insanı Türkiyə sərhədinə yönəldib.

Ərdoğan, Türkiyə qırıcı təyyarələri və toplarının Suriya hökumətinin onlarla hədəfinə atəş açdığını söyləyib. Ancaq hava məkanını istifadə etmək üçün Türkiyə Rusiyadan razılıq almalıdır, Rusiya isə hava hücumlarını təkzib edib. Rusiya rəsmiləri, həmçinin Türkiyəni əvvəlcədən hərbi hərəkətlər barədə məlumat verməməkdə günahlandırıb.

Rus döyüş təyyarələri Bazar ertəsi günü İdlibə qonşu Hələb əyalətini bombalamağa davam edib.

Son eskalasiya Ankara və Moskva arasındakı əlaqəni poza bilər. İdlibdəki döyüşlər humanitar böhranla təhdid etdiyinə görə Ərdoğan Rusiyaya qarşı ritorikasını kəskinləşdirib və bəzi analitiklər, Türkiyənin nəhayət, Suriya ilə barışması üçün Moskvanın Ankaraya təzyiq etdiyini düşünür.

Ərdoğan və Putin arasındakı fərdi təmaslar Türkiyəni Rusiyanın orbitinə çəkib və Ərdoğanın 2 milyard dollarlıq Rusiya zenit sistemi satın alması Ankaranın NATO tərəfdaşları ilə əlaqələrini gərginləşdirib. Rusiya, eyni zamanda, Türkiyəyə neft, qaz və kömürün çox hissəsini verir və Putin yeni təbii qaz boru kəmərinin açılışı üçün ötən ay Türkiyəyə səfər edib. İki lider, yenə də qarşı tərəfləri dəstəklədikləri Liviyaya dair razılaşma əldə etməyə çalışıblar.

Beynəlxalq Böhran Qrupunun analitiki Berkay Mandıracı bildirib: “İdlibdə baş verən hadisələr Türkiyə-Rusiya münasibətlərini gərginləşdirsə də, iki paytaxtın digər sahələrdə iqtisadi və strateji maraqlarını nəzərə alsaq, onlar düşmənçilikdən xilas ola biləcəklər. Ankara son vaxtlar daha çox hərbi əminlik göstərsə də, ehtimal ki, Rusiya iki münaqişə teatrında, o cümlədən Liviyada Türkiyənin imkanlarını iqtisadi maraqlarla məhdudlaşacaq”.

Bazar ertəsi Ərdoğan Rusiyanı öhdəliklərini yerinə yetirməməkdə günahlandırıb, lakin Türkiyənin Suriya hökuməti ilə haqq-hesab çəkəcəyini söyləyib. “Rusiya hakimiyyəti, burada həmsöhbətləriniz deyilsiniz. Hədəfimiz rejimdir və bizə mane olmamalısınız. Əsgərlərimiz şəhid olarkən, səssiz qalmağımız mümkün deyil. İstədiyimiz nəticəni əldə etməsək, vəzifədaşımla vəziyyətin ağırlığını çatdırmaq üçün danışacağam”.

Müharibəyə məruz qalan ölkənin digər tərəfində də sülhün qorunmasına kömək etməsi üçün Türkiyənin Rusiyadan asılılığı var. Son məlumata görə, Suriyanın şimal-şərqində Rusiya və Türkiyə qoşunlarının birgə patrulu ləğv edilib. Rusiya və Türkiyə ABŞ-la əməkdaşlıq edən YPG-nin atəşkəs rejimini gözləməsi üçün ortaq patrul faəliyyəti aparırdı. Rusiya ABŞ-ın tələsik geri çəkilməsinin yaratdığı boşluğa qədəm qoymuşdu.

Ərdoğanın müşaviri Fahrettin Altun bildirib ki, Rusiya Əsədi “nəzarətdə saxlaya bilməyəcəksə”, Türkiyə təhdidlərə cavab verməyə davam edəcək. Bununla yanaşı, o, YPG-yə qarşı aparılan hərbi əməliyyatdan qəzəblənən Qərb müttəfiqlərini də hədəfə alıb.

“Türkiyənin Suriyanın şimalında mövcudluğu başqa bir humanitar böhrana qarşı yeganə maneədir, – deyə Altun “Twitter”-də yazıb. – Beynəlxalq birlik bu kimi təcavüz hadisələri zamanı Türkiyənin yanında olmasa, sərhədlərimiz boyunca daha bir qaçqın böhranı ilə qarşılaşacaq”.

Tərcümə: Strateq.az

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.