Türkiyədəki 15 iyul çevrilişini Qasim Süleymani yatırıb, amma necə? – Şok iddialar və videolar

4-02-2020, 13:50   

 


Türkiyədəki 15 iyul çevrilişini Qasim Süleymani yatırıb, amma necə? – Şok iddialar və videolar

Qasim Süleymani 2016-cı il 15 iyul tarixində Türkiyədə baş verən hakimiyyət çevrilişi cəhdinin yatırılmasında müstəsna rol oynayıb.

Türkiyədə İrana bağlı Qüds TV-nin baş redaktoru Nurəddin Şirin bu iddia ilə çıxış edib.

Qasim Süleymaninin öldürülməsinə sevinən bəzi Türkiyə vətəndaşlarına qəzəblənən Nurəddin Şirin onlara və ölkə başçısı Rəcəb Tayib Ərdoğana 15 iyul hadisələrinin xatırladaraq deyib: "15 İyul çevriliş cəhdinin iflasa uğradılması üçün kim nə etdisə, ondan daha çox iş görən şəxsin adı Qasim Süleymanidir. Türkiyədə Amerika və İsrail layihələri həyata keçməsin deyə, Türk kəndlisindən tutmuş prezidentinə qədər vətənin müdafiəsi əvvəl kimin öhdəsinə düşər? Yəni İranın kirmanlısınamı düşər, Türkiyənin ankaralısına, konyalısınamı? Bəs Kirmanlı Süleymani nə etdi? Bu çevrilişi hazırlayanlara 'Mənim sinəmi əzib keçmədikcə, Türkiyədə bu məqsədinizə çata bilməyəcəksiniz” dedi. 80 milyon ölkənin ən vətənpərvər paqonlusundan tutmuş qalstuklusuna qədər hər kəsdən soruşuram: Qasim Süleymani qədər vətənpərvərliyiniz varmı?”

Nurəddin Şirin daha da irəli gedərək, nə dediyini Rəcəb Tayib Ərdoğanın anladığını bildirərək, ona bir şeylər xatırlatmağa çalışmışdır.

Videonun xüsusilə 5-ci dəqiqəsindən sonrakı hissəsi

Nurəddin Şirinin az qala bir ay əvvəl səsləndirdiyi bu sözlər Türkiyədə 15 iyul hadisələrini yenidən gündəmə gətirib. Türk ictimaiyyətini ən çox bu sual maraqlandırır: Məlum çevriliş cəhdində Qasim Süleymaninin xidməti nədən ibarət olub ki, İranın sözçüsü bu qədər özündən əmin və iddialı danışır?

 

Məsələ burasındadır ki, həmin iddianı irəli sürən təkcə Nurəddin Şirin də deyil. Zaman-zaman İranın müxtəlif rəsmiləri bu barədə eyhamlı bəyanatlar verdiyi kimi, SEPAH-a bağlı İran mediası da bənzər iddialarla çıxış etmiş, Türkiyə prezidentini 15 iyul hadisəsini yaddan çıxarmamağa çağırmışlar. Ən son belə çağırış ötən ilin oktyabr ayında səsləndirilmişdi. Xatırlayırsınızsa, ötən il 22 oktyabrda Şimali Suriyaya məsələsini müzakirə etmək üçün Soçidə toplanan Türkiyə, İran, Rusiya prezidentlərinin görüşündən əvvəl R.T.Ərdoğan rəsmi Tehranı həll prosesinə mane olmaqda suçlayaraq demişdi: “İrandan gələn bəzi açıqlamalar məndə ciddi şəkildə üzüntü yaratmışdı. İran 15-20 il əvvələ nəzər salsa, Ərdoğanın nüvə silahları ilə əlaqərar İrana münasibətini dünya bilir. Təəssüf ki, İrandan indi bəzi çatlaq səslər gəlir. Cənab Ruhanidən deyil, ona yaxın iş yoldaşlarından. Başda cənab Ruhani olmaqla, İran yetkililəri onları susdurmalıdır... Soçi razılaşlasının 3 tərəfdaşıyıq. Tərəfdaşlar bir-birinə bu şəkildə xəyanət edərmi? Onları ciddi şəkildə qınayıram”.

  

Ərdoğanı bu sözləri deməyə vadar edən isə İran XİN-nin  sözçüsü Abbas Musəvinin Türkiyə barədə dilə gətirdiyi fikirlər idi. Soçi görüşündən əvvəl açıqlama verən Musəvi Türkiyənin İdlibdə hərbi postlar qurmasına qarşı çıxmış, bunu Suriyanın torpaq bütünlüyünə hörmətsizlik kimi qiymətləndirmişdi.

Musəvinin bu fikirlərini “çatlaq sözlər” və Soçi razılaşmasına “xəyanət” adlandıran, vaxtilə İranın nüvə proqramına ən böyük dəstəyi verdiyini xatırladan Ərdoğana İranın cavabı özünü çox gözlətməmişdi. SEPAH-a yaxınlığı ilə seçilən media qurumları 15 iyul çevriliş cəhdinin qarşısının alınmasında İran kəşfiyyat orqanlarının rolundan bəhs etmişdilər.

“Al-Monitor”-un yazdığına görə, “SEPAH-a bağlı “Cavan" qəzeti  Ərdoğanın "diplomatik olmayan" bir üslubla ABŞ prezidenti Donald Trampın yolu ilə getdiyini vurğulayaraq yazmışdı: "Ərdoğan bu açıqlaması ilə Qərbin və ərəb dövlətlərinin onu devirmək istəyərkən İranın kəşfiyyat dəstəyi sayəsində hərbi çevrilişə qalib gəldiyini deyəsən unudur".  

 

Qəzet həmçinin Türkiyə prezidentinin Suriya lideri Bəşər Əsədlə qarşıdurmanın heç kimin mənfəətinə olmadığını anlamasını tələb etmişdi.

Göründüyü kimi, son zamanlar İran sözçülərinin tez-tez dilə gətirdikləri bu iddialar Türkiyədə birmənalı qarşılanmır. İddiaları şərh edən analitiklər əsasən bu versiya üzərində dayanırlar: Rusiya kəşfiyyat orqanları Türkiyədə dövlət çevrilişi hazırlandığı xəbərini əldə etdikdən sonra bu məlumatı R.T.Ərdoğana çatdırmış və çevrilişin qarşısının alınmasında Qasim Süleymaninin “Qüds gücü”nə bağlı qüvvələrdən istifadə olunmuşdu. Həmin qüvvələr bir neçə həftə əvvəl Türkiyəyə gətirilmiş və hərbi çevrilişin ertəsi günü meydana tökülən Türkiyə vətəndaşlarını təşkilatlandıraraq ordu mənsubları ilə döyüşə təşviq etmişlər. Hətta Boğaz körpüsündə silahsız türk əsgərlərinə hücum çəkənlər və onları qətlə yetirənlər də Suriyadan İstanbula gətirilən həmin qüvvələrdir.

 

Türk analitiki Bülənd Korucu TR724.com saytında dərc olunan “İran, 15 Temmuz’un neresinde?” məqaləsində yazır:

15 iyul gecəsində təşkilatlanmış şəkildə əsgərlərlə üz-üzə dayanan və qəddar edamlara əl atan görüntülərdə oxşar profillər var. Xalq kütlələri çevrilişin dayandırılması motivi ilə hərəkət etsələr də, onlar silahlı və öldürmək niyyətində  olduqlarını gizlətmədilər. Daha sonra televiziyalara çıxıb xüsusi qürur hissilə “Üstü çılpaq, qolundakı sarğı ilə olan mənəm. Əsgərin başını şəxsən kəsdim. Hər hansı birinizin də başınızı kəsərəm” mesajı verdilər. Bir cinayətdə istifadə edildiyi zaman ortaya çıxan və Ankara polisindən paylanan uzunlüləli silahların bu tiplərə getdiyini təxmin edirəm.

Bəzilərinə görə, bunlar bir həftə əvvəl Suriyadan gətirilən Ədbülhəmid Xan briqadasının cihadçıları idi”.

 

Qeyd edək ki, 15 iyul çevrilişindən bir gün sonra bir çox yerlərdə, xüsusilə İstanbulun Boğaz körpüsündə dayanan Türk əsgərlərinə hücum edilmiş, silahsız və hərbi məktəbdə oxuyan kursantlar olmalarına baxmayaraq, onlar linc edilmiş, daha sonra boğazları kəsilmişdi. İddialara görə, təkcə Boğaz körpüsündə ən azı 8 əsgər öldürülmüşdü. İddiaları təsdiqləyən videoları təqdim edirik:

 

 

 

/Ovqat.com/

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.