Nərminin qətlində adı hallanan şəxs: Meyit yanan zaman...

5-02-2020, 17:47   

 


   
Mənim Nərmini qətlə yetirməyimlə bağlı yayılan məlumatların hamısı əsassızdır.
Bu sözləri Axar.az-a Nərmin Quliyevanın qətli ilə bağlı yayılan səs yazısında Nərminin qatili olduğu iddia edilən Altay Ələkbərov deyib. O bildirib ki, haqqında qeyd edilən iddiaların hamısı İlkin Süleymanovun yaxınları tərəfindən ortaya atılıb:
“Səhər bu məsələyə görə şəxsən özüm prokurorluğa gedib ərizə yazdım ki, mənə şər atılır. Bu şəri də mənə İlkin Süleymanovun yaxınları atır. Mənim bu günə qədər Tovuzda heç kimlə problemim olmayıb. Gah dedilər guya əxlaqsız hərəkətlərim olub, gah da dedilər ki Nərminin atası Şərif Quliyevi heyvan oğurluğuna görə polisə şikayət etmişəm. Bunların hamısı yalandır. Mənim bu günə qədər polisə düşəcək bir işim də olmayıb. Sadəcə Nərminin meyiti yanan zaman hadisənin şahidi olmuşdum. Buna görə hüquq-mühafizə orqanlarına şahid kimi ifadəmi vermişdim. Mənim hadisə barədə ifadə verməyimi İlkinin qardaşı Bəhruz Süleymanov da gördü. Elə bildilər ki, mən İlkinə şər atmışam. Bu hadisədən sonra mənim haqqımda belə yalan məlumatlar yayıldı. 38 yaşım var, heç kimlə problemim olmayıb. Nərminin ailəsi ilə qonşu kimi münasibətim yaxşı olub, heç bir ədavətimiz də olmayıb. Xahiş edirəm, mənim haqqımda yayılan bu məlumatlara inanmayın”.
Qeyd edək ki, bu gün mətbuatda Nərmin Quliyevanın qətli ilə bağlı səs yazısı yayılıb. Səs yazısında Nərminin əsl qatilinin İlkin Süleymanov yox, Altay Ələkbərov adlı şəxs olması iddia edilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.