Türkiyədə qar uçqununda ölənlərin sayı 23-ə çatıb - Ərdoğanın müşaviri qar altında qalıb (YENİLƏNİB)

5-02-2020, 17:56   



Bu gün Türkiyənin Van bölgəsində baş vermiş qar uçqununda ölənlərin sayı artıb.

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində ölənlərin sayı 23-ə çatıb. 

***

Türkiyənin Van bölgəsində baş vermiş qar uçqunu nəticəsində həlak olanlardan 8-i hərbçidir. "AzPolitika" Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında daxili işlər naziri Süleyman Soylu bildirib.

 Bu haqda daxili işlər naziri yerli telekanallardan birinə canlı yayımda bildirib.

-Qar uçqunun altında 10-15 vətəndaşımızın qaldığını təxmin edirik. 30-35 nəfəri xilasedicilərimiz qurtardı. Onları xəstəxanaya çatdırdıq. Bu an orada həyatını itirənlərin sayının təəsüf ki, 11 nəfər olduğunu bildiririk. Ölənlərdən 8-i hərbçi, 3-ü kənd qoruqçusudur. Onlar qar altında qalaraq şəhid oldular.

***

Türkiyə KİV-ləri xəbər verir ki, Van bölgəsində qar uçqununa düşən prezidentin baş müşaviri Gülşən Orhanın yaralı halda xilas edildiyi açıqlanıb. O, Çatan Dövlət Xəstəxanasına aparılıb və orada ilkin tibbi yardım göstərilib. Vanda anadan olmuş 49 yaşlı Gülşen Orhan bölgədə baş vermiş ilk qar uçqunundan sonra hadisə yerinə gedibmiş və yaralılara baş çəkibmiş.

Vanın Bahçasaray bələdiyyə başqanı Meki Arvas ikinci qar uçqununda 8 nəfərin həlak olduğunu, 20-dən çox adamın isə hələ də qar altında olduğunu bildirib. Daxili İşlər Nazirliyi uçqundan 30 nəfərin xilas edildiyini açıqlayıb. Xəstəxanaya aparılanlar arasında AFAD bölgə müdiri Osman Uçar da var.

***

Türkiyənin şərqindəki Van vilayətində baş verən qar uçqunu nəticəsində 50-dən çox adam uçqun altında qalıb. Bu barədə jurnalistlərə vilayətin rəhbəri Mehmet Emin Bilmez məlumat verib. Son məlumatlara görə, 300-dən artıq xilasedicinin qatıldığı işlər hazırda davam edir. Hazırda 25 nəfər qar altından çıxarılıb.

Türkiyədə qar uçqunu altında qalan daha 8 nəfər ölüb və ölənlərin sayı 13-ə çatıb.

Daxili işlər naziri Süleyman Soylu bu haqda bildirib. Hadisə Van-Bağçasaray yolunun 33 kilometrliyində baş verib. Qar sərnişinlə dolu olan mikroavtobusun üzərinə uçub. Xilasetmə işləri zamanı ikinci qar uçqunu olub.

“İndiyə qədər 3-ü mühafizəçi, 3-ü mütəxəssis çavuş, biri gizir, biri də mülki vətəndaşımız olmaqla 8 nəfər uçqunun altında qalaraq ölüb”, - nazir deyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Gülşən Orxan hadisə yerinə gedib. İkinci uçqun nəticəsində baş müşavir də qarın altında qalıb. O, yaralı vəziyyətdə xilas edilib və xəstəxanaya yerləşdirilib.

S.Soylu deyib ki, uçqun altında 10-15 nəfərin qaldığı güman edilir: “İndiyədək 30 nəfər xilas edilib, axtarış-xilasetmə işləri davam edir”.

Hazırda Vanda hava küləksiz və qarsız olsa da, sabah qar yağacağı gözlənilir. 1 dərəcə civarında olan temperaturun mənfi 5 dərəcəyə düşəcəyi gözlənilir.

Qeyd edək ki, hadisə fevralın 4-ü axşam saatlarında qeydə alınıb. Həmin gün qar altından 5 nəfərin meyiti çıxarılmışdı. 6 nəfər isə sağ qurtarılmışdı.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.