Şikayət dolu müraciət 33 saylı uşaq poliklinikasında xəstələrin əvəzinə baş həkimi massaj edirlər
anaxeber.info: - Redaksiyamıza müraciət edən Bakı sakini Almaz Məmmədovanın şikayəti həkimlərdəndir. Narazı vətəndaş bildiriri ki, Bayıl qəsəbəsində yerləşən 33 saylı poliklinikada əməlli-başlı həkim özbaşınalığıdır.
Narazı vətəndaşın anaxeber.info-a söylədikləri: «Mən kiminsə adını çəkmirəm. Amma səhiyyə nazirliyi istəsə, araşdıra bilər və kömək edərəm. Körpə uşağıma massaj kursu yazılıb. Mən də bu gün səhərdən növbədə dayanmışam. Neçə saat ona yaxın valideyn gözləsək də, sonradan məlum olur ki, gözləməyimiz əbəs imiş. Çünki poliklinikanın masajçısı olan tibb işçisi baş həkimə xidmət göstərirmiş. Yəni baş həkimi massaj etdiyindən xəstələk bir kənarda qalıb, gözləməli olurlar. Mən uşağım daha körpə olduğundan daha gözləyə bilmədim. Çünki uşağın yemək və yatmaq saatı idi. Amma başqa valideynlər gözlədilər. Bu həkim adına yaraşarmı? Oqtay Şirəliyev bunları görmürmü? Mən başa düşürəm, böyüklərə aid xəstəxanalarda hər cür oyundan çıxmaq olar. Amma bura xəstə uşaqlar müraciət edirlər. Allahları yoxdurmu?»
Qarşı tərəfi də dinləməyə hazırıq…