Bir - birilərinin dininə və imanına hörmətlə yanaşan Qazax əhalisi milli mentolitetimizə yad olan məsələlərə qarşı da mübarizdir.
Adət və ənənələrə uyğun olaraq kənddə və qonşuluqda baş verən bədbəxt hadisə zamanı xeyir iş etmək ərəfəsində olan insan həmin an öz işini dayandırır ki, ən azından ayıbdır. Biri vəzifədə olarkən əgər rəhmətə gedibsə yerinə təyin olunacaq şəxs mərhumun 40-dan sonra onun yerində əyləşməyi özünün borcu hesab edir. Çünki heç kim ölümdən sığortalanmayıb. O cümlədən vaxtı ilə Qazax Rayon Sığorta İdarəsinin müdiri işləmiş Abbas Göyüşov da! Təəssüflər olsun ki, Qaxda icra hakimiyyəti vəzifəsindən azad olan Abbas Göyüşov Qazax Suvarma Sistemləri İdarəsinə rəis təyin edilərkən, ondan əvvəl həmin vəzifədən nakam dünyasını dəyişən Tacəddin Pirməmmədovun 20 gününü belə gözləmədi. Bu hansı kişinin işidir?
Yaranmış münasibət hazırda Qazax Suvarma Sistemləri İdarəsində özbaşınalıq və talançılıqla nəticələnməkdədir. Göyşov müdir təyin edilən kimi idarənin yanacaq məntəqəsini ləğv edərək yanacağı çənlərdə götürüb aidiyyətsiz yerlərə yönəltməklə məşğul oldu. 200 nəfərə yaxın işçi qüvvəsinə malik idarədə işçilərin çox hissəsi əməkhaqqı verilənə yaxın idarədə görünürlər. Əksəriyyətinə iş günü yazılmasına baxmayaraq, “taksi” sürücüsü kimi fəaliyyət göstərir. Hələ, dövlətə vergi də ödəyirlər. Bu onu təsdiq edir ki, Abbas Göyüşov yerində olan kadrlardan deyil. İdarənin yerlərdəki su işçiləri əhaliyə nəğd şəkildə baha qiymətə su satmaqla məşğuldur.Suvarma suyunun 1 kubu 50 qəpik olduğu halda, vətəndaşlar 1 hektar əkin sahəsini ən azından 50 manata suvarırlar. Görün ki, Abbas Göyüşovun pulunu yığıb-yığışdırmaq olarmı? Təbii ki, Su işçiləri açıq şəkildə Göyüşovun şəxsən özü ilə hesablaşırlar. Məsələn, Qazaxın ermənilərlə sərhəd kəndi olan Böyük Cəfərli kəndində 500-600 hektar əkilən kartof üçün kim inanar ki, onu əkən sahibkar suvarma üçün pulunu idarənin hesabına ödəmişdir. Alınan məlumata görə bunlar hamısı Göyüşovun şəxsi büdcəsinə daxil olur. Bundan əlavə, Abbas müəllim idarədə “mükafat əməliyyatı”nın mahir ustasıdır. O, bu yolları köhnə “partokrat” olduğu üçün əla bilir. Belə ki, yerlərdə fəaliyyət göstərən sahə rəislərinin 10 işçisindən həmişə eyni adamlara mükafat yazılaraq onlarla yarbayarı işləyir. Yəni, 7 nəfərə mükafat yazılsa da 3-nə heç vaxt yazılmır. Səbəbi isə qalan 3 nəfərin yarbayrıya razılaşmaması və “ağzı bütün” olmaması ilə əlaqələndirilir. Bu Abbas Göyüşovun öz seçimidir.
Mənbə bildirir ki, su mühərriki stansiyalarında heç bir yenilənmə aparılmadığı halda kağız üzərində 150 000 manatlıq su mühərrikləri alınmışdır. Halbu ki, bu gün də sovet dönəmindən qalma mühərriklər yerində sayır. Işləməyən texnikalara mühərrik yağı və yanacaq yazılaraq onlardan gələn vəsait rahatca yeyilir. Suvarma sistemləri idarəsinə mənsub texnikalar ehtiyac olanda rəisin Çeyrançöldəki fermasında və digər şəxsi təsərrüfatında özünün “dədəmalı” kimi işlədilir. Abbas Göyüşovun idarədəki bütün əməllərindən xəbərdar olan AR Melorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə və Qazax Rayon İcra Hakimiyyətininn başçısı hələ ki, danışmamağı üstün tutublar.(mediaxeberleri.com)