İraq Kürdüstanından Azərbaycana ərazi iddiası

15-07-2014, 17:23   
İraq Kürdüstanı Azərbaycana qarşı ərazi iddiaları irəli sürüb.
Publika.az xəbər verir ki, xəyali İraq Kürdüstanı dövlətinin fotoları yayılmış pul əskinaslarında Azərbaycan əraziləri Kürdüstan ərazisi kimi göstərilib.
“Dırav” adlanan, “Kürdistan Mərkəz Bankı” qeydi göstərilən kağız pullarda Cənubi Azərbaycanın bir hissəsi, Naxçıvan isə bütövlükdə “Kürdüstan dövlətinin” ərazisi kimi göstərilir.
Günaz.tv-nin yaydığı məlumatda isə deyilir Şimali İraq Kürdüstan bölgəsinin rəhbəri Məsud Bərzaninin israrı ilə referendum keçirilməsi ilə bərabər, sözdə yeni dövlətin əskinaslarının dövriyyəyə buraxılmasına da ciddi hazırlıq görülür. Əslində bu pulların layihəsi 2011-ci ildən cızılıb. Sözdə “yeni dövlət”ə məxsus əskinasların üzərində Şeyx Mahmud Bərzənci, Molla Mustafa Barzani, Qazi Məhəmməd kimi kürd siyasi liderlərinin rəsmləri və kürd motivləri yer alıb.
Qeyd edək ki, Türkiyə, Güney və Quzey Azərbaycan ərazilərinin Kürdüstan xəritəsi içində göstərilməsi yeni hadisə deyil.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.