Ermənistan Silahlı Qüvvələri tərəfindən doğma yurdu olan Kəlbəcərdə girov götürülən Dilqəm Əhmədovla bağlı yeni fakt əldə edilib.
“Qafqazinfo” xəbər verir ki, Kəlbəcər rayon İcra Hakimiyyətindən AzNews.az-a bildirilib ki, hazırda erməni girovluğunda olan soydaşımız əslən Kəlbəcər rayonundan olsa da, Rusiya vətəndaşıdır. İH-dan deyilib ki, D. Əhmədovla birlikdə girov götürülən Şahbaz Quliyev isə Tərtər rayon sakinidir.
Qeyd edək ki, Erməni mətbuatı 2 azərbaycanlının Dilqəm Əhmədovun və Şahbaz Quliyevin girov götürüldüyü barədə məlumatları dünən yayıblar. [media=https://www.youtube.com/watch?v=SpCeJqNPDLY]