Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycanda I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında ən yüksək bal-mümkün 700 balı toplayan abituriyentlərin kimliyini və təhsil aldıqları məktəblərin adlarını açıqlayıb.
Komissiyadan Trend-ə verilən məlumata görə, həmin məzunların ikisi rayon və kənd orta məktəbinin, qalanları isə təmayüllü məktəblərin və liseylərin məzunlarıdır.
I ixtisas qrupunda Qurbanlı Könül Yusif qızı Azərbaycan bölməsi üzrə sənəd verib. O, Bakı şəhərindəki 'Zəngi' liseyinin bu ilki məzunudur.
Ibrahimov Eltun Nazim oqlu Azərbaycan bölməsinə sənəd verib və
Bakı şəhərindəki Kimya-biologiya təmayüllü liseyi bu il bitirib.
Hacili Məmməd Ismayil oqlu Azərbaycan bölməsinə sənəd verib. O, Bakı şəhərində Bakı özəl türk liseyinin "Dədə Qorqud" filialını bu il başa vurub.
Nəbizadə Fatimeyizəhrnemət Azərbaycan bölməsinə sənəd verib, Bakı şəhərindəki Bakı Türk liseyinin (BDU-nun nəzdində, təsisçi Türkiyə Dəyanət Vəqfi) bu ilki məzunudur.
Quluzadə Nurlan Fəzayil oqlu Azərbaycan bölməsinə ərizə verib. O, Bakı şəhərindəki 'Zəkalar' liseyinin cari il mızunudur.
Iv ixtisas qrupu üzrə sənəd vermiş Məmmədzadə Ilkin Rəfael oqlu Azərbaycan bölməsi üzrə ərizə verib. O, Ağdam rayonu Çəmənli kənd orta məktəbinin bu ilki məzunudur.
Bu qrupa sənəd verən Qasimov Nicat Nazim oqlu da Azərbaycan bölməsi üzrə ərizə verib. O, Ağsu rayonu 1 saylı şəhər orta məktəbinin bu ilki məzunudur.