Bakı Metropolitenində qatarların hərəkətində 40 dəqiqəlik fasilə həyəcana səbəb olub.
Axar.az xəbər verir ki, Feysbuk sosial şəbəkəsində Kamil Əmirli adlı istifadəçi İçərişəhər - H.Aslanov xəttində texniki nasazlığın baş verməsi haqqında xəbər paylaşıb.
İlkin versiyaya görə, metro qatarının 40 dəqiqəyə yaxın vaxtda ləngiməsinə səbəb tuneldə iki qatarın üz-üzə gəlməsi olub. İndilər qatarların hərəkəti bərpa olunub.
Ləngimənin dəqiq səbəbi isə hələlik məlum deyil.