Ermənilərin qonşularına təcavüzünü əks etdirən daha bir videonu Gürcüstan alimləri paylaşıb.
Axar.az xəbər verir ki, tarix elmləri doktoru, professor Quram Marxuliya Gürcüstanla Ermənistanın sərhədinin hələ də dəqiq müəyyən olunmamasının fəsadlarından danışıb. Onun sözlərinə görə, bunun nəticəsində Gürcüstan bu günədək 20 faiz torpağını itirib.
Videodan bəlli olur ki, hələ 1918-ci il iyulun 5-də Ermənistanla sərhədləri müəyyənləşdirmək üçün komissiya yaradılıb. Lakin bu gün də bu sərhədlər tam dəqiqləşdirilməyib. Ona görə də ermənilər vaxtaşıırı Gürcüstan torpaqlarını zəbt edərək sərhədləri öz xeyirlərinə dəyişirlər. Nəticədə isə gürçü xalqının bir hissəsi Ermənistan tərəfdə qalır.
Videoda ermənilərin Gürcüstan ərazisində bloqpostlar qurduğu da görünür.
[media=https://www.youtube.com/watch?feature=player_embedded&v=ZQmZ3vT6cis]