"Hazırda Gömrük Komitəsində “qoçu” olarkən topladığı sərvəti indi toplaya bilməməsi, hətta bir qismini əldən verməsi V.Novruzovun, Novruzovun əli ilə hər gün milyonlar qazanan Heydərovun Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehtiyevə qarşı hücumlarının artması başa düşüləndir."
"Həmin vaxt mətbuat yazırdı: “Səfər Mehdiyevin Gömrük Komitəsinə sədr təyin edilməsindən sonra vəziyyət Kəmaləddin Heydərovun əleyhinə dəyişməyə başlayır." Bu haqda Teref.az-a göndərilən məqalədə deyilir.Daha sonra teref.az-a göndərilən məqalədə deyilir ki, maraqlı, elə bir o qədərdə çətin bir zamana gəlib çıxmışıq. Hamı bir- birinə nifrət-kin yağdırmaq, iftira atmaq üçün sanki, növbəyə durub. Kimsənin gözü, kimsəni götürmür. Əlinə düşən ilk fürsətdə gözünə kəsdirdiyi şəxsi” vurmaq ” üçün haqqında planlar qurur, gücünü səfərbər edir və nəhayət iyrənc məqsədini həyata keçirir. Belə bir zamanda nəinki adi və sadə vətəndaşlar eləcə də, vəzifəsi cini olan məmurlar da bu “sarsaq” axına qoşulub. “Mənəm-mənəm”lik epidemiyadan da güclü bir xəstəlik olub, keçib xalqmızın boğazına. Bir sözlə, indi kimisə vurmaq, yıxmaq kimi vaxtılə “namərdlik” dediyimiz xüsusiyyət artıq “igidlik” kimi qiymətləndirilməkdədir. Belə igidlərdən, bu “düzəni pozuq dünyanın” beyni pozuq insanlarından bir neçəsini sizin nəzərinizə çatdırmağa çalışacagıq. Öncə yazımızın qəhrəmanlarını tanıdaq: 23 Aprel 2018-ci ildən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədri vəzifəsinə təyin edilmiş Səfər Mehdiyevdir. Bu təyinatadək Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin sədrinin I müavini olub. Və fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxın kadr hesab olunub.
Amma vəzifə təyinatını 1 ayı tamam olmamış... 2018-ci ilin may ayında “Kəmaləddin Heydərov Gömrük Komitəsinin sədrini döydürdü” – iddiaları mətbuatda geniş bir rezonans yaratdı. Səbəb? Biz bu səbələri əslində elə media üzərindən axtarış versək hər şey bizə gün kimi aydın olar. Beləliklə ölkə mediasından yarpaqlar....Başlangıcdan sona doğru...
2014-cü ilin sonunda Prezident İlham Əliyev müşavirədə ölkədə dərmanların kəskin baha olmasından danışdı və elə orada da gömrük və digər qurumların rəhbərlərinə bu özbaşınalığı aradan qaldırmaq tapşırığı verdi. Bir neçə ay ərzində dərman bazarında ciddi dəişikliklər yaşandı. Qiymətlər xeyli aşağı salındı. KİV-lər yazırdı ki, komitə üzərində dominatlıq edən fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəhbərliyi ilə 2015-ci ildə gömrük generallarının qeyri-rəsmi toplantısı olub. Orada gömrüyün “qara qutusu” sayılan Səfər Mehdiyevlə bağlı da kəskin mübahisə və müzakirə açılıb. Kəmaləddin Heydərov onu ayağa qaldıraraq çox kəskin danlayıb.Səfər Mehdiyevin danlanması tamamı ilə haqlı olub. O və yaxınları da bir neçə sahə üzrə monopoliya yaradıblar. Konkret ölkəyə gətirilən ət məhsulları, bahalı kolbasalar, içki və digər məhsulların monopoliyası birbaşa 1-ci müavinin nəzarətində imiş. Bəzilərinin iddialarına görə, adıçəkilən məhsullar ölkəmizə əsasən onun bacanağının rəhbərlik etdiyi şirkətin razılığı ilə daxil olub. Qəribə səslənsə də, fakt budur ki, bəzi gömrük generalları və nüfuzlu şəxslər məhz sahibi olduqları şirkətlərin simasında belə monopoliya yaradırlar. Yəni monopolist şirkət razılıq verməsə, bir kəs ölkəyə bu məhsulları sərbəst gətirə bilməz. Təsəvvür edin ki, ölkəyə gətirilən hər diri baş mala görə monopolistlər 150-250 dollar arası pul alıblar. Bu məsələdə isə Səfər Mehdiyevin bacanağı əsas rol oynayıb. Yəni bacanağın razılığı ilə bu məbləğ alınmasa, ölkəyə heç kəs dövlət rüsumu almadan diri heyvan keçirə bilməzmiş. Bu məbləğə isə dövlətin rüsumları, baytarlıq xərcləri və sair daxil deyilmiş.
Gömrük “oyunlar”ıGömrükdəki problemlər bununla da bitmir. Belə ki, Kəmaləddin Heydərovun rəhbərliyi ilə keçirilən toplantıda belə aydın olub ki, elə onun adıyla da ölkəyə son bir ildə 100 milyon dolları aşan mal-material girib:
Yəni gömrük generalları bu malların Kəmaləddin Heydərova getdiyini “qara kitab”da qeyd edərək, buraxıblar. Ancaq bu qədər malın nazirə, nazriliyə və ya haraya göndərildiyi isə müəmma olaraq qalıb. Yəni gömrük generallarının nazirin adından da sui-istifadə edərək qazanc güddükləri aşkara çıxarılıb. Bu isə gömrükdəki qarşıdurmanı daha da şiddətləndirib. S.Mehdiyevin belə gərgin vəziyyətlə üzləşməsində digər bir gömrük generalı- Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov əvəzsiz rolu ilə secilib. O, bütün gücüylə 1-ci müavinin “sahəsi”ni də ələ keçirməyə çalışırdı.Vüsal Novruzov sıradan gömrük genaralı və ya idarə rəisi deyildi. O, nazir Kəmaləddin Heydərova qeyri-rəsmi bağlı olan şirkətlərin mühasibatlığının da apardığından “əli daha güclü” sayılırdı. Hazırkı İqtisad Universitetinin məzunu olan gömrük generalı hər ay Qəbələyə şirkətlərin hesab-kitabını aparmaq üçün təşrif buyururdu. Onun xidməti bununla da bitmirdi. Vüsal Novruzov eyni zamanda Gömrük Komitəsində “yeni bir komitə” kimi fəaliyyət göstərirdi. Yəni onun bəzi gömrük generalları haqda kompromat toplaması və bunları hamisinə ötürməsi haqda da gömrükdə ciddi şübhə və narahatçılıqlar var idi.
Məlumat üçün bildirək ki, V.Novruzovun adı hələ 2011-ci ildə yumurta olayı zamanı dillər əzbəri olmuşdu. Belə ki, o zaman general Bəylər Əyyubovun inhisarında olan yumurtanın qiymətinin qaldırılması İlham Əliyevi bərk əsəbiləşdirmiş və ölkənin yumurta ilə təchizatını digər general Kəmaləddin Heydərova tapşırmışdı. Kəmaləddin Heydərov isə bu işin icrasını Vüsal Novruzova həvalə etmişdi. O zaman mediada yayılan məlumatlara istinadən Bakı Gömrük İdarəsinin şefi də Bəylər Əyyubova məxsus olduğu iddia edilən malları ölkəyə buraxmamışdı. Nəticədə Bəylər Əyyubovun qardaşı oğlu Robert Əyyubov ağ rəngli “BMW X6″ markalı avtomobillə rəisə məxsus 10 AZ 720 dövlət nömrə nişanlı xidməti maşını saxlamış və maşında olan şəxsi döymüşdü. O zaman döyülən şəxsin Vüsal Növruzov olduğu öz təsdiqini tapmasa da olay ölkədə geniş rezonans doğurmuşdu.Vüsal Növruzovun adı mediada digər bir məqamla bağlı da tez-tez hallanıb. Bu isə V.Novruzovun ölkədəki sement satışını monopoliyaya alması ilə bağlıdır.. Özü də o, bu işdə tək deyil. Onun bu işdəki əsas şəriki fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavini Orucəli Hacıyevdir. Oxuculara maraqlı olar ki,
Orucəli Hacıyev kimdir?O.Hacıyev FHN başçısının müavini təyin olunana qədər onu ölkədə çox az adam tanıyırdı. 90-cı illərin axırlarında bütün respublika üzrə qara metalın topdan alış məntəqələrini quran və 1999-cu ildən 2001-ci ilədək qara metal ixracının monopolisti olan O.Hacıyevin sonradan bu biznes sahəsində işləri nədənsə düz gətirməməyə başladı.Çünki həmin zamanlarda ölkədə qara metal idxal və ixracının kurasiyası tam olaraq Paolo Pərvizə həvalə edilmişdi. Qara metal işinin P.Pərvizin monopoliyasına verilməsindən sonra işləri yarımçıq qalan O.Hacıyev bir müddət Azərbaycanı tərk etməli olur. Həmin illərdə Ukraynada yaşayan və burada özünə biznes quran O.Hacıyev bu ölkədən Azərbaycan və İrana qara dəmirdən istehsal olunmuş inşaat materialları ixrac edirdi. Nəhayət, 2006-cı ildə yenidən Azərbaycana qayıdan O.Hacıyev yeni yaradılan Fövqəladə Hallar Nazirliyində nazir müavini vəzifəsinə təyin edilir. Onun V.Novruzovla ortaq biznesi də elə bu andan başlayır. Belə ki, O.Hacıyev V.Novruzovla birgə qurduğu “Babək-97” şirkəti vasitəsilə ölkədə sement satışını demək olar ki, tam mənada inhisara almağa başlamışdı.
Media üzərindən aparılan araşdırmalarda olaraq rastlaşdığımız məlumatlar sırasında gömrük generalının qumar həvəskarı olması da diqqət çəkir. Həmin məlumatda bildirilir: “Bakı Gömrük İdarəsinin rəisi qonşu Gürcüstanın paytaxtı Tbilisi şəhərinə gedərək qumar oynayır və öz kefi üçün xərcləyir. Alınan məlumata görə, son gedişində o, 5 milyon dollar uduzub. Rəis uduzduğu pulun yarısını verdiyindən gürcülər tərəfindən təhdid edilib və qısa zaman kəsiyində ondan yerdə qalan pulun ödənilməsi tələb olunub”.Lakin 2018-ci ildə Səfər Mehdiyevin nazir təyin olunması ilə bütün oyunlar bitdi. Az sonra Vüsal Novruzova qapını göstərdilər.
“Fövqəlnazir”ə sədr əngəliHəmin vaxt mətbuat yazırdı: “Səfər Mehdiyevin Gömrük Komitəsinə sədr təyin edilməsindən sonra vəziyyət Kəmaləddin Heydərovun əleyhinə dəyişməyə başlayır. Hazırda “fövqəlnazir”ə yaxın kadrlar bir-bir zərərsizləşdirilməkdədir. Belə ki, Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bir neçə gün əvvəl “dərman mafiyasına” qarşı keçirdikləri əməliyyatdan dərhal sonra Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun həyat yoldaşının əmisi oğlu Sadiq Abduyev vəzifəsindən uzaqlaşdırılıb. Bir az əvvəl-aprelin 30-da DGK-nın yüksək vəzifəli şəxslərinin də içində olduğu “dərman mafiyası” ifşa olunub. Üç gün sonra, mayın 3-də DGK sədrinin müvafiq əmrinə əsasən, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev və Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev sərəncama götürülüblər. Sonuncunun barəsində cinayət işi qaldırıldığı bildirilir”. Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu dəfə cənab Heydərovun Komitədəki ən yaxın qohumunu – bacısının həyat yoldaşı Faiq Şahbazovu İnsan Resursları İdarəsinin rəisi vəzifəsindən uzaqlaşdırıması ikinciyə gözlənilməz zərbə effekti verdi. Məhz bu hadisədən sonra “Kəmaləddin Heydərov Gömrük Komitəsinin sədrini döydürdü” – iddiaları qarşısıalınmaz həddə catdı və elə bundan sonra Səfər Mehdiyevə media üzərindən savaş açıldı.
Vüsal Novruzovun qara “dosyesi”Bakı Baş Gömrük İdarəsinin keçmiş rəisi, gömrük generalı, “qara mühasibatlığın atası”adlandırılan Vüsal Novruzov hazır ki, Gömrük sədri ilə bir kənddən olsalarda sabiq rəisin “həyat və yaradıcılıq” yolu cox qabarıq və cinayət tərkiblidir.
Xatırlatma: “Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana qızıl-brillyant zinət əşyaları gətirib satan dörd qadın Bakı Baş Gömrük İdarəsinin keçmiş rəisi, gömrük generalı Vüsal Novruzovun sürücüsü tərəfindən iri məbləğdə aldadıldıqlarını bildirir. Qadınların şikayətinə əsasən generalın ailə üzvlərinin sürücüsü Nəcəf Nəsirli öz rəisinin adından onlardan cəmi 615 min dollarlıq zinət əşyaları alıb və pulunu verməyib. Yəqin ki unutmamısınız.2018-ci ildə generalın sürücüsü tərəfindən aldadılanlar Gülarə Əliyeva, Bağda Hacıyeva, Naibə Nəcəfova və Aytən İbrahimovadır. Onlardan ikisi-Bağda Hacıyeva və Aytən İbrahimova mediaya başlarına gələnləri danışıblar.
Qadınlar deyiblər ki, Nəcəf Nəsirli ilə onların arasında qızıl-brillyant alış-verişi 2013-cü ildən başlamışdı. Sürücü qadınlardan öz şefi üçün vaxtaşırı olaraq hərəsinin qiyməti on minlərlə dollar olan bir neçə zinət əşyası-qolbaqlar, boyunbağılar, üzüklər, sırğalar və s. alaraq aparıb. Rəisin bəyəndiklərinin pulunu gətirib, bəyənmədiklərini isə geri qaytarırmış.
Satılan mallara görə hər dəfə ona 10 faiz verirdik, beləcə aramızda etibar yaranmışdı. Apardığı malların pulunu uzağı bir neçə həftəyə gətirib verirdi, bəyənmədikləri malları geri qaytarırdı. Hər dəfə hansısa ad günləri, toy-nişan mərasimləri üçün hədiyyə kimi bizdən qızıl-zinət əşyaları aparırdı”-Aytən İbrahimova deyib. Şikayətçi danışır ki, Nəcəf Nəsirli mütəmadi olaraq onların evlərinə, “Lotos” Ticarət Mərkəzindəki mağazalarına (hazırda bağlanıb) gəlib-gedib: “Hərdən də özümüz malları Vüsal Novruzovun “28 May” metrostansiyasının yaxınlığında yerləşən mənzilinə, bağ evinə, yaxud da ona məxsus olan “Edelveys” gül salonuna aparırdıq. Bizim Vüsal Novruzovla şəxsi tanışlığımız olmayıb, heç vaxt üz-üzə gəlməmişik. Sürücüsünü tanımışıq, həmin adam qızılları öz rəisi üçün aldığını deyirdi”. Qızıl alverçiləriilə gömrük generalının sürücüsü arasında alver bu minvalla 2016-cı ilə qədər davam edib. A.İbrahimova deyir ki, həmin ilin əvvəllərində Nəcəf Nəsirli öz rəisi üçün növbəti dəfə onlara müxtəlif çeşiddə zinət əşyaları, qiymətli daş-qaş sifariş edərək gətizdirib. Sifariş olunan malların ümumi dəyəri 615 min dollar olub. Amma sürücü bu qızıl-zinət əşyalarını aparsa da pulunu ödəməyib. Qadınlar pullarını istəyəndə N.Nəsirli gah qızılları itirdiyini, gah da seyfdən oğurlandığını deyib. Hər dəfə söz verib ki, malların pulunu tezliklə düzəldib ödəyəcək. Amma daha sonra telefon nömrəsini dəyişərək əlaqədən itib.
Günlərin birində Aytən İbrahimova istirahət üçün Bodrumda olanda təsadüfən V.Novruzovun ailə üzvləri ilə “Rixos” oteldə rastlaşıb. Deyir ki, generalın ailə üzvlərinə N.Nəsirli sürücü kimi xidmət etdiyi üçün onlarla müəyyən tanışlıqları var idi. Bu qarşılaşma zamanı məlum olub ki, sürücünün qadınlardan aldığı və pulunu vermədiyi qızıl-zinət əşyalarından bəziləri generalın ailə üzvlərinin üzərindədir.
“Mənimlə birgə işləyən Gülarə də yanımda idi. Vüsal Novruzovun ailə üzvlərinə yaxınlaşıb salamlaşdıq, gördük ki, generalın qızının qolundakı brilyant qaşlı qolbaq digər qızıllarla birgə bizim Nəcəfə verdiyimiz və pulunu ala bilmədiyimiz həmin əşyalardan biridir. Təkcə həmin qolbağın qiyməti 35 min dollar idi. Nəcəfin telefon nömrəsini tapıb məsələni ona çatdırdıq, 615 min dolları tələb etdik. Dedik qızılları öz rəisinə veribsə pulunu da alıb ödəməlidir. Bundan sonra bizə qarşı təhdidlər başladı”-A.İbrahimova danışıb. A.İbrahimova deyir ki, pulları tələb etdikdən sonra sürücü onları V.Novruzovun adından hədələməyə, təhdid etməyə başlayıb. Hətta iş o yerə çatıb ki, 2016-cı ildə N.Nəsirli Aytən İbrahimovanın yaşadığı gələrək onun üstünə silah çəkib, evdəkilərin gözü qarşısında onu ölümlə hədələyib.(Arxalı köpək-M)
V.Novruzov vəzifədə olduğu dövrdə onun geniş əlaqələrindən, sürücüsünün təhdidlərindən qorxuya düşən qızıl alverçiləri rəsmi orqanlara şikayət etməyiblər. Lakin V.Novruzov vəzifədən kənarlaşdırıldıqdan sonra yenidən onun qohumlarının vasitəsilə pullarını tələb ediblər. Qadınların şikayət ərizələrində göstərilir ki, keçmiş gömrük rəisinin sürücüsü A.İbrahimovaya 125 min dollar, Bağda Hacıyevaya 70 min dollar, Naibə Nəcəfovaya 200 min dollar, Gülarə Əliyevaya isə 220 min dollar borcludur.
Ancaq belə qənaət yaranır ki, Vüsal Novruzov Nəcəf Nəsirlini himayə edib”. Yenə yadınıza salım bu söhbətlər 2018-ci ilin ən səsli-küylü mövzularından biri oldu.
Vüsalın atası ZeynalYeri gəlmişkən, Novruzovun qılıncının dalının-qabağının kəsən vaxtı qalmaqallı iş adamı, Azərbaycan Beynəlxalq Bankından milyonlarla kredit götürüb qaytarmamış və buna görə də ölkədən çıxışına qadağa qoyulmuş “kredit oliqarx”ı Hacı İbrahim Nehrəmlinin Bakı Baş Gömrük İdarəsinin vəzifəli şəxsləri ilə ilginc əlaqələrindən də bəhs olunurdu.
Birincisi, onlar həmyerli və qohumdurlar. İkincisi, ən önəmlisi isə Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Növruzovun atası ilə Hacı İbrahim Nehrəmli arasında iş birliyi mövcud idi. Belə ki, Vüsal Novruzovun atası Zeynal Novruzova məxsus şirkət Hacı İbrahim Nehrəmlinin obyektlərində müəyyən işlər görüb və buna görə də ona həmişə şişirdilmiş qiymətlərlə pul ödənilib. Zeynal Novruzovun şirkətinin gördüyü işin qiymətini şişirtdiyinin üstü dəfələrlə açılsa da, Hacı İbrahim Nehrəmli buna baxmayaraq həmin vəsaiti ödəməkdən çəkinməyib. Bununla bağlı şirkət əməkdaşlarının suallarına isə “eybi yox, Vüsalla hesablaşanda biz də ona az ödəyərik”cavabını verib. Beləliklə də, Vüsal Novruzov atasının cibinə gedən pula görə Hacı İbrahim Nehrəmlinin idxal əməliyyatları zamanı vergidən yayınmasına “yaşıl işıq yandırıb”. Bunun nəticəsində də küllü miqdarda pul dövlət büdcəsindən yayınaraq, Hacı İbrahim Nehrəmli, Vüsal Novruzov və onun atası Zeynal Novruzovun cibinə gedib.Kəmaləddin Heydərovun “Gömrük qoçusu” Vüsal Novruzov hələ uşaqlıq illərindən böyük qumar və bahalı maşınlar həfəskarı,dəbdəbə hərisi olan idarə rəisinin Novxanıda yerləşən iki bağ evinin dəyəri milyonlarla ölçülür. Təbii ki bu bağ evlərinin həyətini bəzəyən maşınların qiyməti də 1 milyon manatdan çoxdur. Hazırda Gömrük Komitəsində “qoçu” olarkən topladığı sərvəti indi toplaya bilməməsi, hətta bir qismini əldən verməsi V.Novruzovun, Novruzovun əli ilə hər gün milyonlar qazanan Heydərovun Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehtiyevə qarşı hücumlarının artması başa düşüləndir . Artıq heç kimə sirr deyil ki, Vüsal Novruzov öz media resursları ilə Səfər Mehdiyevə qarşı tam hücuma keçib. İllərlə gömrükdə yerləşdirdiyi adamları vasitəsi ilə aldığı məlumatları yandaş media vasitəsi ilə ictimailəşdirir.
Son olaraq, Gömrük Komitəsinin sərəncamına alınan Vüsal Novruzovla bağlı daha bir əmr verilib.Məlumata görə, bu ilin mart ayının 9-da Səfər Mehdiyev bir müddət əvvəl həmkəndçisinin adının gömrüyün ehtiyat kadr" siyahısından da çıxarılması haqda növbəti əmr imzalayıb. Zənnimizcə, bu addım çoxdan lazım idi.
Teref.az-ın ünvanın göndərilən məqalədə adları çəkilən şəxslərin mövqelərini öyrənmək istəsəkdə buna nail ola bilmədik!Lakin yenədə bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az