Eldar Sabiroğlundan sensasion sözlər: “Ramiz Mehdiyevin öz MTN-i var idi

22-04-2020, 13:16   
 


”“Allah günahımdan keçsin. Onun Kəbəsi də, Qibləsi də Moskva-Kreml olub. Ömrü boyu ateizmi, yəni Allahsızlığı təbliğ edən birisindən imam övladı düzəltmək istəyirlər. Lənət şeytana!!!!”Anaxeber.info yazır ki, bu sözləri Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlu sabiq PA rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyev haqda facebook-da yazıb.E.Sabiroğlu qeyd edib ki, hakimiyyətin üst qatında oturanların hamısını MTN-lə əlaqələndirmək istəməzdi: “Lakin bir hissə vardı ki, bu təşkilatla ümumiyyətlə, ünsiyyət saxlamaqdan qaçırdı. İlişməkdən qorxurdular. Müşahidə etdiyim səhnələri əsasən dövlət rəhbərinin müşavirə və iclaslarında görürdüm. Ehtiyatlılıq bəzən daha açıq hiss olunurdu. Digər məqamlarda da bu cilalanmış münasibətləri duya bilirdik.Xüsusi xidmət əməkdaşı ilə dostluğa can atanlar sonda inanılmış və qeydə alınmış şəxs qismində qovluqda özünə etibarlı yer alır. Ona görə də bu adamlarla məsafə saxlamağa dövlət görəvliləri arasında üstünlük verənlər az deyildi. Bu mənada Ramiz Mehdiyevin adını məxsusi qeyd edərdim. Onun özünün MTN-i mövcud idi və heç də dövlət orqanından zəif çalışmırdı. Tələb olunan zaman Kremlə yaxınlığı ilə seçilən keçmiş Administrasiya rəhbəri MTN-də daxil bütün hökumət təşkilatlarını izləyə, ona vacib olan informasiyaları toplaya bilirdi. O, qapalı təşkilatına yalnız özünün sınaqdan keçirdiyi və inandığı adamları cəlb edirdi”.E.Sabiroğlu bildirib ki, bu prosesdə himayəsində saxladığı media agenturasının gücündən daha çox yararlanırdı: “Əli Həsənov başda olmaqla Vüqar Səfərli, Əflatun Amaşov və Nuşirəvan Məhərrəmli məlumat daşıyıcısı qismində Ramiz Mehdiyevin ən etibarlı mənbəyi rolunu məharətlə icra edirdilər.Əldə etdiyi ciddi məlumatların olduğu kimi dövlətin zirvəsinə çatdırması isə adətən, böyük suallar doğurub. Gərgin vəziyyətlərdə ucdantutma bütün dövlət orqanları atəşə məruz qaldığı halda Ramiz Mehdiyevin bir qayda olaraq ictimai rəyin və medianın tənqidindən kənarda saxlanılmasının səbəbləri nədir?5-ci kalonun hakimiyyətdəki bu məsul adamı ölkə içində sakitliyin hakim olmasını heç vaxt istəməyib. Qarışıq vəziyyətlər, sosial gərginlik və siyasi düşərgələrdə kəskin toqquşmalar onun qorxulu niyyətlərinə həmişə fayda gətirib. Moskva onu daim diqqət mərkəzində saxlayıb. Bu himayədarlıq indi də davam edir. Son dərəcə usta adam idi. Çox hallarda problemi özü yaradar və onu aradan qaldırmaq üçün diaqnozu da özü müəyyən edərdi. O, heç bir vaxt hakimiyyəti səmimi-qəlbdən istəməyib. Onun nə Kəbəsi, nə də qibləsi olmayıb”.
AnaXEBER.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.