Vidadi İsayevin şəriki azadlıqda

23-04-2020, 11:47   
 

Akif Çovdarovla icra başçısının hansı əlaqələri var? Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçmiş idarə rəisi Akif Çovdarovun azadlığa çıxması onu yenidən medianın diqqətinə gətirib. Artıq bir neçə gündür ki, mətbuatda Akif Çovdarovla bağlı çoxsaylı materiallar dərc edilir. Bu yazılarda keçmiş idarə rəisinin əməlləri ilə yanaşı əlaqələrinə də geniş yer verilir. ANAXEBER.info xəbər verir ki, Çovdarovun uzantıları Bərdəyə qədər gedib çıxır. Təxminən 1 il əvvəl bu barədə geniş yazı dərc edilib. İddia olunur ki, Akif Çovdarovun Bərdə rayonu, əsasən də rayonun Samux kəndi ərazisində 100 (bir yüz) hektara yaxın süni balıqyetişdirmə gölləri var. Həmin göllər qurulanda isə torpaqdan istifadə haqqında qanunun müvafiq maddələri ciddi şəkildə pozulmuşdur. Bundan əlavə, həmin göllərə görə Bərdə rayonunun Samux və Mirzəcəfərli kəndləri ərazisində 500 hektara yaxın əkin sahəsi uizun illərdir ki, ciddi şəkildə, su qıtlığı ilə üzləşmiş və sahibkarlar xeyli ziyan çəkmişlər və çəkməkdədirlər. Çünki, bu kəndlərin torpaq sahələrini suvarmaq üşün Böyük Qarabağ kanalından ayrılan suyun xeyli hissəsi bu Akif Çovdarovun həmin göllərinə axıdılır. Bundan əlavə, Bərdə ərazisində su qıtlığını aradan qaldırmaq üçün, dövlət vəsaiti hesabına qazılan artezianların beşi qanunsaz olaraq bu göllər yerləşən ərazidə vurulmuşdur. Suvarma suyu və torpaqla əlaqədar ən müxtəlif ünvanlara yazılan çoxsaylı şikayət ərizələri baxılmaq üçün dəfələrlə rayon rəhbərliyinə göndərilsə də onlar bir qayda olaraq cavabsız qalıb. Mənbə iddia edir ki, uzun illərdir həmin göllərdə ildə iki min tona yaxın çəki və digər qiymətli balıq növləri yetişdirilərək satilır: “Burada görülən bütün işləri, əsasən Samux kənd sakini Şəfiyev Vüqar və onun qardaşı İmran yerinə yetirir. Akif Çovdarovun (həbsxanada olmasına baxmayaraq) maliyəsi və rəhbərliyi ilə görülən həmin işlərdən əldə olunan gəlirlər, vergidən yayındırılaraq, tamamilə mənimsənilir. Eyni zamanda istifadə olunan torpaq, su və elktrik enerjisi üçün, dövlət və bələdiyyə büdcəsinə heç bir manat da vəsait ödənilmir. Həmin göllərin bir çoxunda asetrin balığı da yetişdirilir. İldə 300-350 ton asetrin balığı məhz Çovdarova məxsus obyektlərdə, əsasən Bakı və Bakı ətrafında satılaraq pula çevrilir”. Mənbə daha sonra bunları yazır: “Burada həm də balıqlara iynə vurmaqla kürü də alınır və həmin kürünün bir hissəsindən xüsusu akvariumlarda, mümkün olan ən qısa müddətdə balıq yetişdirilir. Bir satış vahidi, təxminən bir litr hesabı ilə, yeni alınan həmin balıq sürfələri (adi gözlə çətinliklə seçilən halda) 150-200 dollara satılır. Balıqçılıq sahəsində bu ən gəlirli işlərdən biridir, bəlkə də birincisidir. Bu işlərin görülməsi üçün xüsusi olaraq mütəxəssislər gətirilir. Hazırda həmin göllərdə 400 ( dörd yüz) tondan çox asetrin balığı var”. Mənbə bildirir ki, Akif Çovdarov həbs olunduqdan sonra burada işlər bir qədər axsasa da sonradan hər şey əvvəlki axarına düşüb: “Çovdarov “ilişəndən” sonra Vüqara tapşırılmışdı ki, həmin balıqların izini itirsin. Bunun üçün asetrinləri xüsusi göllərdən digər göllərə, hətta balıqların tələf olmasına da fikir vermədən hara gəldi axıtdılar. Lakin, çox keçmədi işlərini yoluna qoya bildilər. Bununla yanaşı Çovdarovun maliyyəsi hesabına orada tikinti-quraşdırma işləri davam etdirilir. Son aylar işlər daha sürətlə aparılır. Rayonun Ərəblər kəndi ərazisində də sünii balıqyetişdirmə gölləri və zeytun bağları salınmışdır. Bu iri həcmli işlərin görülməsi üçün on milyonlarla manat pul vəsaitinin xərcləndiyi bildirilir”. Akif Çovdarova məxsus Bərdədəki bu vətəgənin hətta o həbsdə olarkən fəaliyyət göstərməsi keçmiş idarə rəisinin icra başçısı Vidadi İsayevlə əlaqələrinə dair şübhələri artırır. Vidadi İsayev ən çox narazılıq edilən icra başçılarından biridir. O 2011-ci ildə rayona icra başçısı təyin edilib. Elə həmin ildən də Bərdədə narazıların sayı artmağa başlayıb. İcra başçısının qanunsuz əməlləri rayonda ciddi sosial gərginliyin əsası qoyub. Mümkündür ki, Vidadi İsayev qanunsuz əməlləri üzünüdən MTN rəhbrəliyinin diqqətini cəlb edib və vəziyyətdən çıxmaq üçün onlarla işbirliyinə razılıq verib.
ANAXEBER.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.