Təyyarəni vuranların səs yazısı yayıldı- VİDEO

18-07-2014, 10:26   
Təyyarəni vuranların səs yazısı yayıldıUkrayna Təhlükəsizlik Xidməti Malayziya təyyarəsinin Ukraynada qəzaya uğraması ilə bağlı yeni şok effekti yaradacaq səs yazısı yayımlayıb.

Səs yazısında terrorçular bir-biri və Rusiya Baş Kəşfiyyat İdarəsinin polkovniki ilə danışırlar. Səs yazısının ilk saniyələrində "Bes” kimi tanınan Donbas terrorçusu ilə təyyarənin qəzaya uğradığı məkandan danışıqlar gedir, hava texnikasının, əvvəlcədən deyildiyi kimi, "An 62″ tipli təyyarə deyil, nəhəng tutumlu "Boinq” olduğu vurğulanır. Daha sonra deyilir ki, ətraf parça-parça olmuş insan cəsədləri ilə doludur. Videodan açıq sezilir ki, bu hadisəni terrorçular törədiblər, lakin təyyarənin mülki olduğundan xəbərsiz olublar. Videonun sonunda isə ümumiyyətlə hadisəyə etinasız yanaşılır və danışıqlarda buranın müharibə bölgəsi olduğu, hava məkanında hərəkət edən hər bir texnikanın təhlükəsizliyinə zəmanət verməyin mümkünsüzlüyü vurğulanır.

Qeyd edək ki, Malayziya Hava Yollarına məxsus təyyarənin vurulması nəticəsində 295 sərnişinin hamısı həlak olub.(axar.az)

[media=http://www.youtube.com/watch?feature=player_embedded&v=V5E8kDo2n6g]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.