«Bunun prezidentin ailə üzvlərinə heç bir bağlantısı yoxdur»
Dövlət başçısının sözçüsü Azər Qasımov offşor zonalardakı şirkətlər vasitəsilə ölkədə bir sıra müəssisələrin Ilham Əliyevin ailə üzvlərinə məxsusluğu barədə ittihamlara cavab verib. O, “BBC Azərbaycanca”ya açıqlamasında bu qəbildən olan məlumatlarda Ilham Əliyevin qızlarının adının çəkilməsini “şər və böhtan” adlandırıb: “Orada yazılan ayrı-ayrı materiallarla bağlı cənab prezidentin ailə üzvlərinin heç bir bağlantısı yoxdur”.
Yeni əldə olunmuş sənədlər Leyla və Arzu Əliyevaların offşor qeydiyyatlar və biznes sahiblər vasitəsilə Azərbaycanda böyük mobil telefon biznesinə bağlı olduğunu göstərir. Bu sənədlər “Azadlıq” radiosu və Mütəşəkkil Cinayət və Korrupsiya Araşdırmaları layihəsinin birgə araşdırmaları nəticəsində üzə çıxıb.