UNESCO Rəssamlar Assosiasiyasının üzvü Sakit Məmmədov "Euromedika-Hannover 2014" XIII Beynəlxalq tibb konqresində Avropa Təbiət Elmləri Akademiyasının (ATEA) akademiki adına layiq görülüb. “Azadlıq” radiosunun məlumatına görə, o, bu adı dünya mədəniyyətinə və təsviri sənətə töhfəsinə görə alıb. Bakı şəhər Mədəniyyət və Turizm Idarəsi onun bu fəxri ada layiq görülən ilk azərbaycanlı olduğunu bildirir.
Sakit Məmmədov 1958-ci ildə Neftçalada doğulub. Əzim Əzimzadə adına Rəssamıq məktəbini, I.Repin adına Leninqrad (Sankt-Peterburq) Rəssamlıq Akademiyasının Rəngkarlıq fakültəsini bitirib. O, Azərbaycanın əsərləri ən baha satılan rəssamıdır. Rəssamın əsərləri Istanbul, Krakov, Vyana, Stokholm, Moskva, Florensiya və s. şəhərlərdə keçirilən sərgilərdə nümayiş olunub. Dünyanın bir çox məşhur rəsm qalereyalarında və şəxsi kolleksiyalarda Sakit Məmmədovun əsərləri var. Sakit Məmmədov Roma Papası II Iohan Pavelin, Monika Beluççinin, Şahzadə Diananın, Acda Pekkanın portretlərinin çəkib.
Papanın portreti Vatikanda saxlanılır. 2013-cü ildə Sakit Məmmədov dünya mədəniyyətinə və rəssamlığına verdiyi töhfələrə görə Rusiyanın “Min ilin adamı” medalına layiq görülüb.