ABŞ Azərbaycanda jurnalistlərə təziyqlərə son qoyulmasına çağırır

2-05-2020, 14:41   


3 May Ümumdünya Mətbuat Azadlığı Günü ərəfəsində Helsinki Komissiyasının sədri, Nümayəndələr Palatasının üzvü Alsi L.Hastinqs və Komissiyanın həmsədri senator Rocer Viker bəyanatla çıxış ediblər:

“Bu görünməmiş dövrdə jurnalistlərin və KİV işçilərinin sərbəst və cəza təhlükəsi olmadan çalışa bilməsi hər zaman olduğundan daha vacibdir”, – Hastinqs deyib.

“Təəssüf ki, jurnalistlər bütün ATƏT regionunda həbsxanadadır, Rusiya, Azərbaycan və Macarıstan kimi ölkələr COVID-19 pandemiyası haqqında mühüm məlumat dərc edənləri cinayət məsuliyyətinə cəlb edirlər.

Müstəqil KİV guya yalan, ictimaiyyəti çaşdıran və ya qeyri-rəsmi məlumatlara görə cəza adı altında hücumlara məruz qalır.

“Bütün dünyada jurnalistlər həqiqəti söyləmək üçün öz təhlükəsizliyini, bəziləri isə hətta həyatını riskə atırlar”, – senator Viker deyib. Ümumdünya Mətbuat Azadlığı Günündə demokratiyanın təməl daşı olan və istənilən sağlam cəmiyyətdə daima qorunmalı olan azadlığa hörmətlə yanaşırıq. İndi heç vaxt olmadığı kimi bütün ATƏT dövlətlərini bu fundamental azadlığı dəstəkləməyə çağırıram”.

Jurnalistləri Müdafiə Komitəsinin son məlumatlarına görə, dünyada 250 jurnalist öz  işinə görə həbs edilib, 64 jurnalist itkin düşüb, 1992-ci ildən bu yana 1339 jurnalist öldürülüb.

Contact.az

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.