İsrail Qəzzaya hücuma belə hazırlaşırmış

18-07-2014, 12:32   
İsrail Qəzzaya hücuma belə hazırlaşırmışQəzzaya qarşı hücumlarını artıran İsrail əsgərlərinin quru döyüşlərinə hazırlığı ordunun rəsmi Yutub səhifəsində yayımlanıb.
Axar.az xəbər verir ki, gecə görünüşü ilə çəkilən videoda İsrail əsgərlərinin toplandığı, tankların döyüşə hazırlandığı əks olunub. Digər görüntülərdə əsgərlərin üzlərini boyayaraq kamuflyaj etdikləri, silah-sursatını hazırladıqları göstərilir.
Bir görüntüdə isə komandirin əsgərlərinə “Niyə burada olduğumuzu və nə etdiyimizi sizə açıqlamağa gərək görmürəm. İsrail dövlətini müdafiə etmək və onun azadlığını təmin etmək üçün burdayıq. HƏMAS-ın hava zərbələri altında yaşamamaq üçün buradayıq. Nə etdiyimizə inanıram və bunun ölkəmizin azadlığı üçün doğru olduğuna əminəm. Bu, şüar deyil, gerçəkdir”, - deyə müraciəti əks olunub.
[media=http://www.youtube.com/watch?feature=player_embedded&v=LhJhYu7y6E8]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar