Təyyarənin vurulmasında istifadə edilən texnika Rusiyaya qaçırıldı

18-07-2014, 17:17   
Təyyarənin vurulmasında istifadə edilən texnika Rusiyaya qaçırıldıUkrayna səmasında sərnişin təyyarəsini vuranlar izi itirmək üçün raket qurğusunu ölkə ərazisindən çıxarıblar.

AzNews.az-ın məlumatına görə, bunu Ukrayna daxili işlər nazirinin məsləhətçisi Anton Qeraşenko deyib.

O bildirib ki, separatçılar zenit-raket qurğusu olan “Buk”u Rusiyaya keçiridiblər. Təyyarənin “qara qutu”su isə Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarına verilib.

A.Qeraşenko deyib ki, bu məlumatların Ukrayna kəşfiyyatı tərəfindən əldə edilib: “Son məlumata görə, “Buk” Rusiyada məhv ediləcək. Bu terroru törədənlər də aradan götürüləcək. Təyyarənin “qara qutu”su isə Luqanskda saxlanılır. Bunun özü də məsələdən Rusiya prezidenti Putinin xəbərdar olmasını göstərir”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.