Rusiya yönümlü silahlı separatçılar Ukraynanın şərq əyalətlərinə nəzarəti ələ alandan bəri - bu ilin martından həmin regionda dəfələrlə təyyarələrə atəş açılmışdı. Bəzi hallarda həmin təyyarələr yüngül xəsarətlərlə yerə enə bilsə də əksər hallarda separatçılar təyyarələri məhv edə biliblər.
Son 5 ayda Ukraynanın şərqində vurulan tıəyyarələrlə bağlı interaktiv xəritə:
Separatçı «Donetsk xalq respublikası» təyyarə qəzasının baş verdiyi əraziyə daxil olmaq istəyən ATƏT nümayəndələrinin təhlükəsizliyə təminat verdiyini açıqlayıb.
Bundan başqa separatçılar təyyarə qəzasının araşdırılması üçün Ukrayna hakimiyyəti və beynəlxalq ekspertlərlə əməkdaşlığa da hazır olduqlarının bildiriblər. Belə bir razılıq Ukrayna, Rusiya, ATƏT rəsmiləri ilə separatçıların birgə keçirdiyi videokonfransda əldə olunub.
Silahlı separatçılar hadisə yerindən uzaqlaşacaqlarına və cəsədlərin axtarılması üçün yerli hakimiyyət nümayəndələrinə imkan verəcəklərinə vəd veriblər. ATƏT-in twitter səhifəsində hadisə yerində gərəkli ekzpertiza aparılası üçün təşkilatın nümayəndələrinin əraziyə yollandığı bildirilir. Araşdırmalar aparmaq üçün təyyarənin sahibi olan «Malaysia Airlines» şirkətinin nümayəndələri də Ukraynaya yollanıblar.
İyunun 17-də göyərtəsində 300-ə yaxın adamın olduğu Malaziyaya məxsus sərnişin təyyarəsi separatçıların nəzarətində olan Ukrayna ərazisinə düşüb. Sərnişinlər və ekipaj üzvləri hamısı həlak olub.
Malaysia Airlines şirkəti təyyarəsinin yerə düşdüyü ərazidəki separatçılara Rusiyalı kazakların atamanı Mixail Kozitsin rəhbərlik edir. Ukrayna təhlükəsizlik xidməti yaraqlılardan birinin onunla telefon danışığı olduğu ehtimal edilən səs yazısını dünənki videoya əlavə edib. Söhbətin MH17-nin yerə düşməsindən sonra baş verdiyi bildirilir
- Torezlə Snejnoe arasında vurulan təyyarə ilə bağlı. Sərnişin təyyarəsi imiş. Qrabovo tərəfdə yerə düşüb, ora qadın, uşaq meyidləri ilə doludur. Kazaklar getdilər baxmağa.. Televizorda göstərirlər belədə An-26-dır - Ukrayna yük təyyarəsi, amma deyirlər üstündə “Malayziya hava yolları” yazılıb... Ukraynanın ərazisində onun nə işi?
- Deməli şpion daşıyırmış. Canı çıxsın burada uçmasın, müharibə gedir... /"Azadlıq" radiosu/.