Kəmaləddin Heydərovu peykə buraxmadılar

19-07-2014, 11:11   
Kəmaləddin Heydərovu peykə buraxmadılar«Fövqəlnazir»in telekanal layihəsinə imkan verilmədi

Fövqəladə hallar naziri Kəmaləddin Heydərova telekanal açmağa imkan verilməyib. Bu barədə redaksiyamıza daxil olan məlumatda iddia edilir ki, “fövqəlnazir” media sahəsində qüdrətini artırmaq üçün telekanal açmıq istəyib. Bununla bağlı bütün məsələlər qısa müddətdə həll olunub.
Telekanal üçün ən müasir avadanlıqlar alınıb. Telekanalın peyk vasitəsilə yayımlanması nəzərdə tutulub. Milli Televiziya və Radio Şurasından lisenziya almaq üçün bütün sənədlər toplanıb. Lakin “fövqəlnazir”in telekanalına lisenziya verilməyib.
Məlumatlarda bildirilir ki, Kəmaləddin Heydərovun telekanal layihəsinə əngəl törədilməsi səbəbsiz deyil. “Kəmaləddin Heydərov hakimiyyət komandasında ən güclü fiqurlardan biridir və kifayət qədər iddialıdır. Uzun müddətdir onun baş nazir postu uğrunda mübarizə aparması, lakin məqsədinə çata bilməməsi də iddialı olması ilə bağlıdır. Hakimiyyətdə düşünürlər ki, Kəmaləddin Heydərovun televiziya açması da siyasi iddiaları ilə bağlıdır və buna mane olmamaq gələcəkdə iqtidar üçün ciddi təhlükələrə səbəb ola bilər”, - deyə məlumatlı mənbə bildirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.