Çin dünyaya çağırış etdi: "Fələstin dövləti yaradılmalıdır"

20-07-2014, 10:37   
Çin dünyaya çağırış etdi: "Fələstin dövləti yaradılmalıdır"Çin Qəzzadakı vəziyyətlə bağlı mövqeyini bildirib.
Axar.az xəbər verir ki, BMT-nin Təhlükəsizlik Şurasınının yığıncağında Çinin daimi nümayəndəsi Liu Yieyi beynəlxalq çağrışlara baxmayaraq İsrailin havadan böyük diametrli bombalardan istifadə etdiyini və qurudan işğala başladığını, bu vəziyyətin uşaq və qadınlar daxil olmaqla böyük itkilərə gətirib çıxardığını bildirib.
Yieyi Çinin gücdən istifadəni qınadığını və vətəndaşların ölümünə səbəb olan hər cür hərəkləri qəbul etmədiklərini söyləyib.
Yieyi bildirib ki, "Tərəfləri atəşkəs elan etməyə, Qəzzadakı ordunun dərhal geri çəkilməsini, Qəzzaya mühasirənin tamamilə qaldırılmasını və yerli xalqın səfalətini yüngülləşdirmək üçün beynəlxalq yardımlara icazə verilməsinə çağırırıq".
Çinin BMT-dəki daimi nümayəndəsi sonda Fələstin dövlətinin qurulmalı olduğunu deyib:
"Fələstin xalqının tam suverenliyə sahib, paytaxtı Şərqi Qüds olan və 1967-ci sərhədləri daxilində müstəqil bir Fələstin dövlətinin yaradılması istiqamətində bütün səylərini dəstəkləyirik. Fələstinin BMT və digər beynəlxalq təşkilatlara üzvlüyünün tərəfdarıyıq".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.