Yeni dünya düzəninin ilk əlamətləri 2021-ci ilin yayında ortaya çıxa bilər

24-05-2020, 10:16   


Bütün dünya üçün indiki böhranlı situasiyanın vəd etdiyi yeni siyasi-iqtisadi düzənin məhz 2021-ci ilin avqust ayına qədər şəkillənmiş olacağı gözlənilir...

“Koronavirus yoxdur !!!” Azərbaycanda bu virusla bağlı ən geniş yayılmış münasibətin tək cümlə ilə ifadəsi məhz bu iki sözdən ibarətdir. Mütləq əksəriyyət mövcud olan təhlükənin ciddiliyinə əhəmiyyət belə, vermir.

Bunu maraqlı arqumentlərlə izah edənlər də var. Məsələn, deyirlər ki, “bu, bir oyundur, insanları sadəcə, qorxutmaq istəyirlər”. Bunun əksini izah etmək istəyən şəxsi mat etməyə yetəcək qədər tutarlı bir arqument də hazır vəziyyətdə ehtiyatda saxlanır.

Yəni, virusun təhlükəsindən danışmağa çalışsan, dərhal “heç tanıdığın kimsə bu virusa yoluxubmu” sualı ilə qarşılacaqsan. Bundan sonrasa, mövzu əhəmiyyətini itirir və müzakirəni davam etdirməyə həqiqətən ehtiyac qalmır.

Halbuki “Koronavirus yoxdur !!!” deyənlər üçün indiyədək dünyada 5 milyondan artıq insanın bu virusa yoluxması, 330 min nəfərin isə həyatını itirməsi ciddi narahatlıq səbəbi olmalı idi. Çünki daha nə baş verməlidir ki, fəlakətin ciddiliyini qəbul etmək üçün yetərli olsun? Yəni doğrudanmı, mütləq tanıdığımız kiminsə, yoluxması lazımdır?

Sadəcə, bir məsələdə nisbətən haqlıdırlar. Bu, doğrudan da bir “oyun”dur. Ancaq bunu tez-tez təkrarlayanların düşündüyü kimi, sadəcə, insanları qorxutmaq məqsədi daşıyan bəsit oyun deyil.

ABŞ_herbi_lobarotoriya1547575820.jpg (41 KB)

Bir daha təkrarlayım ki, koronavirus insan zəkasının icad etdiyi bioloji silahdır. Bu silahı bütün planetdə tətbiq etməklə, insanları kütləvi şəkildə yoluxdurmaqla, cox ciddi, uzunmüddətli və hiyləgər bir “oyun” oynayırlar. Və bu “oyun”da nə qədər insanın qurbana çevrilə biləcəyi qətiyyən əhəmiyyət daşımır. Yəni nə qədər insan qırılırsa-qırılsın, əsas məsələ hədəfdir, əldə olunacaq nəticədir.

Bu bioloji silah vasitəsilə bütün dünya düzəninin dəyişdirilməsi, bir formasiyadan yeni fərqli formasiyaya keçirilməsi hədəflənir. Bütün planetin bir neçə deyil, məhz bir “dərin güc mərkəzi”nin maraqlarına biət etməsi, bəşəriyyətin onların mənafelərinə uyğun düzlənməsi hədəflənir.

Ona görə də baş verənləri sadəcə, bəsit bir oyun kimi deyil, məhz bütün dünyaya, planetdə olan hər kəsə qarşı başladılmış, bəşəriyyət üçün yeni mövcudluq şərtləri və qaydaları formalaşdırmağa indeksləndirilmiş bioloji savaş kimi qəbul etmək daha doğru olardı.

Hələlik bu reallığı bir çoxları qəbul etmək istəmirlər. Ancaq zaman geçdikcə, savaş daha da dərinləşməklə uzandıqca, hamını öz təsiri altına saldıqca məcbur qalıb, hər kəs qəbul edəcək.

Çünki müşahidələr göstərir ki, bioloji savaşın yaxın vaxtlarda durdurulmasına hazırlaşmırlar. Əksinə, bu savaşın yeni və daha qəddar mərhələyə keçirilməsinə hazırlıqlar başlamış kimi görünür.

coronavirus-secondwave-min.jpg (35 KB)

Dünyada bu hazırlığın ilkin mesajı da artıq verilib. Hazırda Çində epidemiyanın ikinci dalğası sınaqdan keçirilir. Həm koronavirus, həm də yeni mümkün epidemiya mənbəyi kimi vaxtilə bir dəfə “dünya turnesi”nə çıxarılmış SARS yenidən aktivləşdirilməkdədir. Artıq yoluxanlar və ya yoluxduranlar da var.

Təbii ki, dünyada təsadüfi heç nə baş vermir. Əlbəttə ki, bu da təsadüf deyil. Ola bilsin ki, qarşı tərəfə - əsas rəqibə “bu savaş üçün resurslarımız kifayət qədərdir” mesajının verilməsinə cəhd göstərilir.

Əslində, bunun üçün olduqca ciddi səbəblər də var. Belə ki, Böyük Britaniya Çinlə əməkdaşlıqdan imtina etmək tələblərinə uymağa həvəsli olmadığını biruzə verməkdədir. İsrail isə Çinlə ortaq layihələrdən imtina etməyəcəyini qətiyyən gizlətmir. Son məlumatlara görə, bu ölkə Çinlə indiyə qədər əldə olunmuş bütün anlaşmalara sadiq qalmaq qərarı verib.

Şübhəsiz ki, ABŞ bundan narazıdır, hətta qəzəblidir. Ağ Ev İsrail hökumətindən israrla tələb edir ki, Çini dəstəkləməkdən vaz keçsin, bu ölkə ilə bütün iqtisadi layihələr üzrə anlaşmaları ləğv etsin.

trump-peace-plan_1019_679.jpg (11 KB)

Ancaq İsrail bu tələblərlə razılaşmır. Əksinə, müqavimət göstərir. Və Çinlə ortaq maliyyə-iqtisadi layihələrin reallaşdırılmasında maraqlı olduğunu biruzə verir. Bu isə o deməkdir ki, ABŞ və İsrail arasında “Çin böhranı” hələ uzun müddət davam edə bilər.

Maraqlıdır ki, bu iki strateji müttəfiq dövlət arasında “Çin böhranı”nın sona çatması üçün ilk növbədə ABŞ-dakı “dərin güclər”in savaşında qalibin müəyyənləşməsi vacibdir. Çünki həm Çinin, həm də İsrailin eyni “dərin güc” tərəfindən dəstəkləndiyi ehtimal olunur.

Bütün bunlar onu göstərir ki, dünyada mövcud olan indiki situasiyanın yaxın gələcəkdə normala dönməsi o qədər də inandırıcı ehtimal deyil. Əksinə, situasiyanın daha da bərbad vəziyyətə düşmə təhlükəsi barədə artıq açıq mətnlə danışılmağa başlanıb.

Hazırda proseslərin ən çox narahatlıq doğuran əsas inkişaf ssenarisi kimi, planetin ikinci, həm də daha güclü və sarsıdıcı epidemiya dalğasına məruz qala biləcəyi ön plana çıxmış kimi görünür. Ehtimallara görə, avqust-oktyabr ayları aralığında koronavirus yenidən dünyanı başına alacaq. Hətta planetin yeni və hələlik kimsəyə məlum olmayan başqa bir virusla yüklənməsi də baş verə bilər.

Ona görə də hazırda “qos-qoca dünyanı öz ovucuna yığmış koronavirus”un antivirusunun və ya vaksininin ümumiyyətlə, “kəşf” edilməyəcəyi düşünülür. İndiyə qədər belə “kəşflər” barədə bir neçə iddia ortaya atılsa da, sonradan “iddiaçı müəlliflər” tez də susdurulublar və dərhal da unudulublar. Bu isə o deməkdir ki, dünya üçün daha ağır böhran ehtimalı öz aktuallığını qoruyub, saxlamaqdadır.

1562233397_biden4.jpg (25 KB)

Ancaq maraqlıdır ki, dünyanı gözləyə biləcək fəlakət ssenariləri sırasında ABŞ-da keçiriləcək növbəti prezident seçkilərinin təxirə salınması daha ön plana çıxmış kimi görünür. Hesab edilir ki, əgər, payızda keçirilməli olan həmin seçkilər təxirə salınarsa, bu, dünya iqtisadiyyatı üçün indiki böhrandan daha dağıdıcı nəticələr doğura bilər. Hətta bu, baş verərsə, dünya iqtisadiyyatının bir daha dirçələ bilməyəcəyi də istisna olunmur.

Ümumiyyətlə, bundan sonra baş verə biləcək hadisələrin əsasən, iki ssenari üzrə inkişaf edə biləcəyi proqnozlaşdırılır. Birinci ssenariyə görə, dünyanın yaxın bir neçə ay ərzində yenidən əvvəlki vəziyyətinə dönə biləcəyinə hələ də ümid bəslənilir. Hesab edilir ki, nəhayət, sağlam düşüncə qalib gələcək və nəhəng dövlətlər birləşəcəklər və ümumi səylər hesabına planeti bu durumdan xilas etməyin optimal yolunu tapa biləcəklər.

Təbii ki, bu ssenariyə olan ümidlər olsa da, onun doğrulma ehtimalı indiki situasiyada qətiyyən inandırıcı görünmür. Çünki hər şey o qədər bərbad vəziyyətə salınlb ki, dünyada əvvəlki həyat şərtlərinin bərpası üçün onilliklər olmasa belə, hər halda illər lazımdır.

Ancaq ikinsi ssenari daha qorxuncdur. Çünki hesab edilir ki, bioloji savaş indiki məzmun və keyfiyyətində qalmayacaq. Bəşəriyyət indiyə qədər aldığına əlavə bir neçə müxtəlif zərbələrə də məruz qoyulacaq. Və yeni zərbələr daha sarsıdıcı, şok effekti yaradacaq səviyyədə ola bilər.

Maraqlıdır ki, ümumiyyətlə, əgər, hər hansı əlavə sarsıdıcı zərbələr olmasa belə, indiki böhranın da ağır nəticələr vəd etdiyi iddia olunur. Ehtimallara görə, dünya iqtisadiyyatı yaxın gələcəkdə təxminən 10-12 faiz ətrafında kiçiləcək. İnsanların həyat şəraiti mövcud olduğundan ciddi şəkildə aşağı düşəcək, hətta fərqlər indi təsəvvür edilməsi cətin olacaq qədər kəskin xarakter daşıyacaq.

ad7f4af4-e2d5-4c8e-8c5a-c89dd4c1f6ec_640.jpg (68 KB)

Dünya iqtisadiyyatı indiki zərbələrin birbaşa nəticələrini təxminən bu ilin dekabr ayından etibarən hiss etməyə başlayacaq. Ona qədər isə dünya iqtisadiyyatının, o cümlədən də nəhəng dövlətlərin maliyyə-iqtisadi rezervləri vəziyyətin nəzarətdə saxlanması üçün yetərli ola biləcəyi ehtimal olunur.

2021-ci ilin fevral-aprel ayları aralığında isə dünya iqtisadiyyatında yaranması gözlənilən vəziyyətin ümumi mənzərəsinin dəqiqləşmiş olacağı ehtimal olunur. Məhz həmin dövrdən başlayaraq, dünya dövlətləri “virus böhranı”nın sosial-siyasi nəticələri ilə qarşı-qarşıya qalacaqlar. Dövlətlər vətəndaşlarının sosial rifahında baş verə biləcək kəskin mənfi dəyişiklikləri tənzimləməkdə çətinlik çəkəcəklər. Nəticədə dünyada dövlət-vətəndaş münasibətlərində gərginləşmə əlamətləri ortaya çıxmağa başlayacaq. Və bundan sonra “virus böhranı”nın tədricən maliyyə-iqtisadi məzmundan, sosial-siyasi ziddiyyətlərə keçəcəyi ehtimal olunur.

Nəhayət, bütün dünya üçün əhəmiyyət daşıyan daha bir önəmli suala da məhz 2021-ci ildə cavab tapıla biləcəyi gözlənilir. Belə ki, hazırda hər kəs daha heç bir şeyin əvvəlki kimi olmayacağını anlayır. Hətta bunu nüfuzlu dünya dövlətlərinin liderləri də xüsusi olaraq, vurğulayırlar.

Ona görə də bütün bunlara paralel olaraq, dünya düzəninin də ciddi şəkildə dəyişəcəyi ehtimal olunur. Hesab edilir ki, bəşəriyyət yeni dünya düzəninin ilkin əlamətləri və şərtləri ilə təzminən 2021-ci ilin yay aylarında tanış ola biləcək. Yəni bütün dünya üçün indiki böhranlı situasiyanın vəd etdiyi yeni siyasi-iqtisadi düzənin məhz 2021-ci ilin avqust ayına qədər şəkillənmiş olacağı gözlənilir.

“Koronavirus yoxdur!!!” deyənlər yəqin ki, onun varlığını təsdiq edəcək daha ağır nəticələrlə və yeni həyat şərtləri ilə üzləşdikdə istər-istəməz reallığı qəbul etmək məcburiyyətində qalacaqlar.

Hər halda, o qədər də uzun müddət deyil. Cəmisi bir il gözləyək, görək, nə olacaq...

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.