Avropada bayraq meydanında ilk Azərbaycan bayrağını yüksəldən xanım kimdir?

28-05-2020, 10:07   


     
Avropada bayraq meydanında ilk Azərbaycan bayrağını yüksəldən xanım kimdir?
2002-ci ildən İsveçin cənub paytaxtı olan Malmö şəhərində yaşayan Aya-Aygun Coşqun, 2009-cu ildə (VAB) “ Vahid Azərbaycan Birliyi” təşkilatını yaratmışdır. 2011 ci ildən başlayaraq Azərbaycan Demokratik Cümhuriyyətinin ildönümü ilə əlaqədar hər il Malmö şəhərinin bayraq meydanında,Azərbaycan bayrağını dalğalandırır.
İsveçin cənub şəhəri olan Malmö Danimarka ilə həmsərhəddir.Bu iki ölkə arasında azərbaycanlıları bir araya gətirən “VAD” sədri Aya-Aygün Coşqun,təmsil etdiyi Sosial Demokratik Partiyasının fəal üzvü kimi,İsveçin dövlət qurumlari ilə sıx iş birliyində və əlaqədədir.Bunun nəticəsidir
ki,Azərbaycan Demokratik Cümhuriyyətinin ildönümü ilə əlaqədar 2011-ci ildə Malmö şəhərinin milli parkının bayraq meydanında (folketspark) ilk dəfə Azərbaycan bayrağını dalğalandırımışdır və iki gün Azərbaycan bayrağının dalğalandığı meydana, azərbaycanlı soydaşlarımız toplaşaraq qürur hissi ilə Azərbaycan himnini oxumuşdular.Sonralar bu hadisə ənənəyə çevrilmişdir.
Uzaq Skandinaviyada Azərbaycanı təmsil edən, bayrağını daima uca tutan Aya-Aygün Coşqun 2012-ci ildə Bakıda Hilton hotelində keçirilən “The Best 2012” ödül mərasimində “İlin ən fəal diasporu” adına və ödülünə layiq görülmüşdür. Vətəndən kənarda yaşamasına baxmayaraq, özünü əbədi vətənə borclu sayan Aya xanım və VAB birliyinin üzvləri 2012-ci ildə Xocalı soyqırımının 20-ci il dönümü ilə əlaqədar konfrans
kecirmişdir.Konfransa İsveç parlamentinin nümayəndələri dəvət olunmuşdur.Aya-Aygün Coşqun çıxışında Qarabag torpağının Azərbaycanın ayrılmaz hissəsi olduğunu və o torpaqlarda yaşayan soydaşlarımızın öz torpaqlarında yaşama haqqları olduğunu,Xocalı soyqırımının həqiqətlərini
konfrans iştirakçılarına catdıraraq parlament nümayəndələrindən “Qarabaga ədalət”şüarını səsləndirmişdir.
Azərbaycan Demokratik Cümhuriyyət gününü təntənəli şəkildə hər il qeyd edən Vahid Azərbaycan Birliyi təşkil etdiyi tədbirlərdə Azərbaycanın milli-mədəni irsini,incəsənətini nümayiş etdirmişdir.
Aya-Aygün Coşqun ilk dəfədir ki, dünyada baş verən pandemiya ilə əlaqədar bu Cümhuriyyət gününü qeyd edə bilməyəcəklərini məyusluqla söylədi və həmçinin qeyd etdi ki, oktyabr ayının 18-də VAB-nin işçi qrupu Müstəqillik gününü qeyd etməyə hazırlaşırlar.
Aya-Aygün Coşqun Vahid Azərbaycan Birliyi adından Azərbaycan xalqını Cümhuriyyət günü münasibəti ilə təbrik edir və dünyada fəaliyyət göstərən diaspor təşkilatlarına belə bir təşəbbüsə qoşulmağa, yaşadığı ölkələrdə Azərbaycan bayrağını dalğalandırmağı arzu edir.
Sonda Aya-Aygün xanım dünya azərbaycanlılarına,atasi şair İskəndər Coşqunun məhşur mahnısında deyildiyi kimi “Mehriban Olaq”sözləri ilə səsləndi.
Teref.az




Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.