MİLYARDERİN ÖVLADLARI KİRAYƏDƏ YAŞAYIR

21-07-2014, 17:40   
MİLYARDERİN ÖVLADLARI KİRAYƏDƏ YAŞAYIRDiasporla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı, ATV-nin keçmiş rəhbəri Tağı İbrahimovun satdığı Novxanıda yerləşən villası ətrafında müzakirələr, deyəsən hələ çox davam edəcək. Hər halda 4,5 milyon manata satılan villanın yeni sahibinin kimliyi ortaya çıxana qədər bu istiqamətdə müəyyən araşdırmaların olacağı, xəbərlərin yayılacağı şübhə doğurmur…
Məsələ ondadır ki, villanın yeni sahibinin “Özünə bax” layihəsinin siması, biznes-ledi Ruhi Əliyeva olması barədə yayılan xəbərlər təsdiqini tapmır. Bunu Ruhi Əliyeva özü “AzPolitika.info”-ya açıqlamasında bildirib.

Bu barədə məlumat verməzdən öncə xatırladaq ki, T.İbrahimovun satdığı villanın yeni sahibinin Ruhi Əliyeva olması barədə xəbər gunxeber.com saytı tərəfindən yayılmışdı. “AzPolitika.info” saytı isə biznes-ledinin 4,5 milyon manata əmlak alacaq qədər zəngin olmadığını qeyd edərək, məlumatın ya yalan olduğunu, ya da villanı Ruhiyə bir başqasının alaraq hədiyyə ediyini bildirmişdi.
1ILAncaq bizim yazıdan 2 gün öncə yayılan məlumata təkzib verilmədiyindən ikinci ehtimal üzərində dayanmış və villanın Ruhi xanıma uzun illər vətəndaş nigahinda yaşadığı, onun uşaqlarının atası olan iş adamı, professor İlham Rəhimov tərəfindən alınıb verilməsini mümkün hesab etmişdik. Belə qənaətə gəlməyimizin bir səbəbi də villanın İlham Rəhimovun bağ evinin qonşuluğunda yerləşməsi və övladlarnın – Məhəmədlə Həsənin bu günlərdə 2 yaşlarının tamam olması idi. Yəni, villanın İlham Rəhimov tərəfindən Ruhiyə övladlarının ad günü ilə bağlı hədiyyə edilməsi ehtimalı üzərində dayanmışdıq.

Ancaq bu gün səhər “AzPolitika.info” saytı ilə əlaqə saxlayan Ruhi Əliyeva bu məlumatları təkzib etdi. Biznes-ledi T.İbrahimovun satdığı villanı onun alması haqda yayılan məlumatdan dünən axşam xəbər tutduğunu, bunun tamamilə yalan olduğunu bildirdi: “İndi saytlar çox oduğundan hamısına baxmaq olmur. Ona görə də, belə bir məlumatın yayılmasından sizin sayt yazandan sonra – dünən axşam xəbər tutmuşam. Tamamilə yalan, heç bir əsası olmayan məlumatdır. Nə mən belə bir villa almışam, nə də kimsə övladlarıma belə bir hədiyyə edib.”

Daha sonra Ruhi Əliyeva bildirdi ki, ümumiyyətlə onun bağ evi yoxdur: “Mənim nə Novxanıda, nə də başqa bir yerdə bağ evim var. May ayından Mərdəkanda bir bağ evi kirayə edib, övladlarımla birlikdə orada qalırıq. Bunu da ona görə deyirəm ki, sabah da çıxıb yazmasınlar Ruhiyə və ya övladlarına kimsə Mərdəkanda bağ evi alıb bağışlayıb”.

Biznes-ledi haqqında bu cür yalan məlumatların yayılmasının ilk hal olmadığını bildirdi: “İlk dəfə deyil ki, mənimlə bağlı belə yalan məlumatlar ortaya atılır. Özü də eyni çevrədən yayılır. Yadınızdadırsa, hətta övladlarımı belə başqasının dünyaya gətirdiyini iddia etmişdilər. Məqsədləri nədir, nəyə-kimə xidmət edirlər, bilmirəm. Ancaq haqqımda vaxtaşırı belə yalan məlumatlar dövriyyəyə buraxdıqlarından, görünür, kimlərsə bunda maraqlıdır. Mediaya, jurnalistlərə böyük hörmət bəslədiyimi bildirməklə bərabər, yalan məlumatlara görə, məhkəməyə müraciət hüququmun olduğunu da xatırlatmaq istəyirəm”.

“Əgər İlham Rəhimov sizə və ya övladlarınıza belə bir villa alıb bağışlasa, qəbul edərsinizmi” sualına cavab olaraq biznes-ledi bildirdi ki, ehtimallara münasibət bildirmək istəmir: “Ümumiyyətlə, bu haqda əlavə heç nə danışmaq istəmirəm.”

2ruovRuhi xanımdan əkizlərinin ad gününü qeyd edib-etmədiyini də soruşduq. O, bildirdi ki, buna hələ bir neçə gün vaxt var: “Məhəmmədimlə Həsənimin 2 yaşları iyulun 25-də tamam olacaq. İnşallah, yaxınlarınmız, ailə dostlarımızla birlikdə həmin günü qeyd edəcəyik. Təntənəli ad günü etmək niyyətim olmasa da, yəqin ki, Məhəmmədimlə Həsənimi sevən hər kəs həmin gün bizimlə birlikdə olacaq.”

Biz də saytımız adından Ruhi xanımı övladlarının ad günü münasibətilə təbrik edir, əkizlərinə – Məhəmmədlə Həsənə isə can sağlığı və xoşbəxtlik arzulayırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.