Qiyas İbrahimov məhkəmənin qarşısına çıxarılacaq (YENİLƏNİB) - video

10-06-2020, 08:50   


 


İyunun 9-da rdi etiraz aksiyasını keçirən gənc fəal Qiyas İbrahimov barəsində araşdırma aparılır. 

Bunu Turana Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev bildirib. 

Onun sözlərinə görə, İbrahimov yaşadığı evin damına çıxaraq, ictimai diqqəti üzərinə yönəltmək qanunsuz çağırışlar edib. "Polis əməkdaşlarının ona yaxınlaşacağı təqdirdə intihar edəcəyini bildirib. İntihara meyilli olan şəxs polis əməkdaşlarının təxirəsalınmaz səyi və operativliyi nəticəsində xilas olunaraq, ərazi üzrə polis bölməsinə gətirilib. Hazırda Q.İbrahimov barəsində araşdırmalar aparılır. Əmələ hüquqi qiymət verilməsi üçün onun barəsində toplanmış materiallar rayon məhkəməsinə göndəriləcək".

Nizami Rayon 25-ci polis bölməsinin yanında toplaşmış fəalların sözlərinə görə, İbrahimov bölmədən çıxarılaraq naməlum istiqamətinə aparılıb.

İyunun 9-da Nizami Rayon Polis İdarəsinin 25-ci bölməsində Qiyas İbrahimovun həbs olunması haqqında protokol tərtib olunub. Ona qarşı İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi irəli sürülüb.

Məlumatı Meydan TV-yə vəkil Elçin Sadıqov verib.

Vəkil bildirib ki, iyunun 10-da Nizami Rayon Məhkəməsində iddiaya baxılacaq:

“Həmin maddəyə əsasən Qiyas İbrahimov 15 sutka inzibati cəza alar bilər”.-0-

-

*   *   *

2020 İyun 10 (Çərşənbə) 01:27:26

Qiyas İbrahimov saxlanılıb (video)

İyunun 9-da gənc fəal Qiyas İbrahimov yaşadığı evin damında “Bəsdir əyildin, susma sən də din!” banneri asaraq fərdi etiraz aksiyası keçirib.

Q.İbrahimovun sözlərinə görə, aksiyanın səbəbi iyunun 8-də Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yaşayan sakinlərin həbsi ilə bağlıdır. “Plakat açmağımın səbəbi Bünyadzadə küçəsində yaşayan sakinlərə qarşı polis vəhşiliyinə etirazdır. Fikirləşdim ki, əgər biz artıq öz evimizdə təhlükəsizlikdə deyiliksə, etiraz üçün öz evimiz bəs edir. Biz öz evimizin damında dirənə bilərik. Zorakılıq, repressiya hər yerdədirsə, dirəniş də hər yerdə ola bilər”.

Əraziyə cəlb olunmuş polis əməkdaşları asılmış plakatı götürüblər, Qiyas İbrahimov isə saxlanılıb.

Məsələ ilə bağlı DİN-dən münasibət öyrənmək mümkün olmayıb.-0-




Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.